Mərkəzi Bank uçot dərəcəsini artırdı! - Guya inflyasiya ilə mübarizə aparır
Yusif Nəzərli
11:52 16.12.2022
İqtisadiyyat
734
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8 faizədən 8,25 faizə qaldırılması barədə qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25 faizə yuxarı həddi isə yenə də 9,25 faizə müəyyən olunub.
“Faiz dəhlizinin eninin daraldılması qərarı bu ilin avqust ayında pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib. Bu qərar eyni zamanda faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır”, - deyə AMB bəyan edib.
Mərkəzi bankın uçot dərəcəsinin onun banklara verdiyi faiz dərəcəsi olduğunu deyən bank məsələləri üzrə ekspert iqtisadçı Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, faiz dərəcəsinin artırılması Mərkəzi Bankın inflyasiya ilə mübarizə aparması deməkdir:
"Sözügedən faiz dərəcəsi ilə AMB kommersiya banklarına kredit verir. Bu faiz də artımın olması isə kommersiya banklarının əhaliyə və sahibkarlara daha bahalı kredit verməsi deməkdir. Kredit faizi artığı üçün isə iqtisadi aktivlik azalır. Bu isə qiymət artımının qarşısını alır. Nəzəriyyədə və aparıcı xarici təcrübədə bu belədir. Lakin Azərbaycanda bu mexanizm işləmir. Yəni bizdə faizin qalxıb-düşməsinin heç nəyə təsiri yoxdur. Çünki AMB həmin faiz dərəcəsi ilə çox az banka kredit verir. Bütün kommersiya banklarına kredit verilmədiyi üçün isə heç bir təsir olmur. Bu günlərdə ABŞ-nin də Federal Ehtiyat Sistemi faiz dərəcəsinin artırdı. Orada bütün banklara kredit verildiyi üçün bahalaşma oldu. Bizdə isə ümumiyyətlə, hələ 10 il öncə Mərkəzi Bankın faiz dərəcəsi 2-3 idi. Ancaq o zaman da kommersiya banklarının kredit faizləri indikindən də çox idi. Bu baxımdan da bu artımın heç bir təsiri yoxdur və formaldır. Əgər Mərkəzi Bank bütün kommersiya banklarına kredit verərsə bu effektiv olardı. Bununla isə Mərkəzi Bank sadəcə inflyasiya ilə mübarizə apardığını göstərməyə çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya