Metroda gediş haqqı bahalaşır? – “Maya dəyərinin 50 qəpik olmasının əsası yoxdur”
Banuçiçək Kalbalıyeva
10:15 11.05.2020
İqtisadiyyat
1193
"Bakı Metropoliteni QSC bunu deyir, amma həmin qiymətin necə əldə olunduğunu, hesablanmanın nə cür aparıldığını izah etmir”
“Halbuki vahid kart sisteminə keçirilməlidir. Tələbələr, təqaüdçülər və digər kateqoriyadan olan insanlara güzəştlər olmalıdır”
Xəbər verdiyimiz kimi bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov gediş haqlarından danışıb. O qeyd edib ki, metroda hər bir sərnişin daşınması 52 qəpiyə başa gəlir:
“Bu qiymət müxtəlif amillərdən asılı olaraq dəyişir”.
Məhz bu açıqlamadan sonra sosial şəbəkələrdə, müxtəlif informasiya portallarında Bakı metropolitenində bir sərnişin üçün gediş haqqının 50 qəpik olacağı ilə məlumatlar yayılır. Hətta sözügedən qurum zaman- zaman maya dəyərinin 50 qəpikdən çox olduğunu bəyan edib.
İndi- bir çoxlarının işsiz qaldığı vaxtda yayılan xəbərlərin nə dərəcədə həqiqətə uyğun olması ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, "Sherg.az"a açıqlamasında bunun reallığı əks etdirmədiyini söylədi:
"Bu məlumatları kim yayır, bilmirəm. Amma hələlik qiymət artımı gözlənilmir. Deyilənlər və yazılanlar dezinformasiyadır".
İqtisadçı- ekspert Natiq Cəfərli isə bir sərnişin üçün gediş haqqının maya dəyərinin 50 qəpik olmasının heç bir məntiqə əsaslanmadığını deyir:
"Bakı Metropoliteni QSC bunu deyir, amma həmin qiymətin necə əldə olunduğunu, hesablanmanın nə cür aparıldığını izah etmir. Rəqəmlər insanlara təqdim edilmir. Sadəcə elan verirlər ki, maya dəyəri bu qədərdir. Əlbəttə, hər kəs üçün müəmmalı mənzərə yaranır".
N. Cəfərlinin sözlərinə görə, qiymət artımına əsas yoxdur:
"Bakı Metropoliteni özü- özünü maliyyələşdirmir. Dövlət bu quruma çox ciddi məbləğdə dəstək göstərir. Üstəgəl reklamlardan gələn gəlir də var. Elə isə qiymətin artırılmasına nə ehtiyac var? Xarici ölkələrlə Azərbaycanı müqayisə etmək lazım deyil. Bəli, ola bilsin, Türkiyədə gediş haqqı daha bahadır. Amma onlarda bu nəqliyyat növü dövlətdən dəstək almır, daxil olan gəlir isə sosial reklamlara sərf olunur".
Ekspert, həmçinin bildirdi ki, müxtəlif kateqoriyadalı sərnişinlər üçün gediş haqqının müəyyənləşməsindən ötrü fərqli meyarlar nəzərə alınmalıdır:
"Əfsuslar olsun, bizdə differensial yanaşma tətbiq olunmur. Halbuki vahid kart sisteminə keçirilməlidir. Tələbələr, təqaüdçülər və digər kateqoriyadan olan insanlara kart müxtəlif qiymətlərdə təklif edilməlidir, onlara müəyyən güzəştlər olmalıdır. Həm də kartın nə qədər müddətliyə olması ilə qiymət arasında mütənasiblik yaranmalıdır. Gedilən məsafə, sərf olunan zaman da qiymətə təsirsiz ötüşməməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi