Müjdə: “Minimum əməkhaqqını Rusiyadakı həddə çatdırmaq istəyirlər”
Banuçiçək Kalbalıyeva
12:22 03.03.2020
İqtisadiyyat
821
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir. Lakin nazir müavini əməkhaqqının neçə faiz artırılacağını açıqlamayıb. A.Kərimov bununla bağlı araşdırmaların aparılacağını, bundan sonra artım faizinin müəyyən ediləcəyini söyləyib.
Təklifləri şərh edən itisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a bu məsələnin təsadüfi olmadığını deyib:
“Bir müddət əvvəl respublikada minimum əməkhaqqı çox ciddi şəkildə artırıldı. Lakin indi də məsələnin müzakirə edilməsi təəccüblü deyil. Çox güman ki, minimum əməkhaqqını MDB məkanına daxil olan digər ölkələrdəki, xüsusilə Rusiyadakı minimum əməkhaqqına yaxınlaşdırmaq istəyirlər. Əlbəttə, bu çox yaxşı haldır və əhali üçün sevindiricidir”.
N.Cəfərli düşünür ki, sözügedən məsələ özəl sektorda çalışanlar üçün çətinlik yarada bilər:
"Özəl sektorda işləyənləri də nəzərə almaq lazımdır. Onlar Dövlət Sosial Müdafiə Fonduna ödənişlərini minimum əməkhaqqına uyğun olaraq ödəyirlər. Yəni əgər minimum əməkhaqqı artsa, buna uyğun olaraq özəl sektorda çalışanların fonda ödədikləri məbləğ də dəyişəcək. Nəticədə dolayı vergi öhdəlikləri yaranacaq. Özəl sektorda çalışanların minimum əməkhaqqlarının artırılmasından istifadə etmələri üçün qanuna düzəlişlər edilməlidir. Hazırkı qanunvericiliyə görə, DSMF-yə ödənilən vəsait minimum əməkhaqqından asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə