Öncə ölkənin daxili tələbatını ödəmək lazımdır
09:27 31.07.2021
İqtisadiyyat
836
Sonra sahibkarlar artıq qalan məhsullarını xaricə ixrac edə bilərlər
2021-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 236.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”ında deyilir. 2021-ci ilin iyun ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42.3 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin iyun ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. mallar daxil olub.
İqtisadçı-alim Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, ixracın stimullaşdırılması əslində müsbət addımdır. O qeyd edib ki, stimullaşdırmaq o demək deyil ki, büdcə resurslarını səmərəsiz xərcləmək lazımdır:
"Bizdən ixrac sifarişi ilə bağlı toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. bəzi məhsulların bir çoxunun xammalı digər ölkələrdən gəlir. İxracın məqsədi nədir? Bilirsiniz ki, bu imkan verir ki, məhsul daxili bazardan daha bahalı qiymətə satılsın. 2021-ci ilin iyun ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42.3 milyon ABŞ dolları təşkil edib. Ancaq bu rəqəmi çox da yüksək hesab etmirəm. Azərbaycanın potensialı təbii ki, daha böyükdür. Qeyd edim ki, müxtəlif ölkələrdən - İraqdan, Əfqanıstandan, ümumiyyətlə, bizə yaxın olan ölkələrdən toyuq və toyuq məhsullarına tələbat çoxdur. Bunun isə əsas səbəbi bizim halal məhsul istehsal etməyimiz və halal sertifikatımızla bağlıdır. Çünki bu ölkələrə adətən məhsullar yalandan halal adı və sertifikatıyla gedir. Həmçinin, qeyd edim ki, bu ölkələrdə yem məhsulları bahadır. Ümumiyyətlə, dünyada həm toyuq, həm də digər qida məhsullarına bazarda müxtəlif məhdudiyyətlər qoyulur. Ona görə də, bu tipli ölkələrdə dənli bitkilər, yəni toyuq yemi üçün istifadə olunan xammal bahadır və bu səbəbdən qiymət də orada yüksək olur. Baxmayaraq ki, bizdə də qiymət yüksəkdir ".
N.Bəydəmirli əlavə edib ki, ancaq Azərbaycanın mallarını digər ölkələrə ixrac etmək potensialı var:
"Bir çox şirkətlər valyutaya olan tələbatını qarşılamaq üçün məhsullarını xaricə satmağa daha çox üstünlük verirlər. Ümumiyyətlə, ixrac etmək istənilən halda əlavə dəyər vergisi baxımından təşviqedici addımdır. Valyutanın ölkəyə gəlmə baxımından bütün hökumətlər ixracı stimullaşdırırlar. Son zamanlar müxtəlif ticarət yerlərinin açılması, ticarət atteşelərinin səfirliklərdə ayrıca bir xidmət olaraq həyata keçirilməsi müsbət addımlardır. Ancaq ticarət evləri və digərləri adətən dövlət büdcəsinin hesabına həyata keçirilir. Burda da təbii ki, bir çox hallarda səmərəsiz xərcləmələr olur. Adətən eksperton ixracın təşviqi ilə məşğul olanlar müxtəlif illərdə kampaniyaçılığa daha çox üstünlük verirlər. Onun da sonda bir effekti olmur. Tövsiyəm ondan ibarətdir ki, rəqabət mühiti yaxşılaşdırılsın. Çünki ölkə daxilində məhsulların bir çoxunda qiymətlər yüksəkdir. Əgər ölkədə mal bolluğu çox olarsa, o zaman qiymətlər daha da optimallaşar. İlkin olaraq, ölkənin daxili tələbatını ödəmək lazımdır. Sonra sahibkarlar artıq qalan məhsullarını xaricə ixrac edə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol