Pandemiya dövründə ilk dəfə baş verdi
20:21 10.06.2021
İqtisadiyyat
723
Azərbaycanda iqtisadi artım qeydə alınıb, turizm və ticari sahədə yüksəliş gözlənilir
“Pandemiya səbəbindən karantin rejiminin tətbiqinə başlanıldıqdan sonra ilk dəfə Azərbaycanda iqtisadi artım qeydə alınıb”.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib. Dövlət Statistika Komitəsinin məlumatına istinad edən deputatın sözlərinə görə, bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Vüqar Bayramov qeyd edib ki, pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4.3 faiz azalmışdı: “Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2.5, ilk 2 ayında 3.2, birinci rübdə 1.3 və nəhayət, yanvar-aprel aylarında 0.2 faiz azalmışdı.
Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalara gedilməsi ilə bağlıdır.
Son 5 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən, əksinə, real sektordakı bir sıra məhdudiyyətləri aradan qaldırmaqla yoluxma sayını optimallaşdıra bilməsi təqdirəlayiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar”.
Bu gündən isə iqtisadiyyatda yeni açılımların tətbiq olunduğunu deyən ekspertin sözlərinə görə, xüsusən də turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir:
“Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı.
Buna görə də turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımından da vacib hesab olunur.
Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu, real sektordakı canlanmaya xüsusi təkan verə bilər”.
Deputat sonda vurğulayıb ki, məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımından da vacibdir:
“Bu kontekstdən yoluxma sayının azalması davam edərsə, real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya