Pərviz Şahbazov Rusiya və İran nazirləri ilə üçtərəfli görüş keçirib
Yusif Nəzərli
18:00 22.02.2022
İqtisadiyyat
461
Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinov və İranın energetika naziri Əli Əkbər Mehrabianın iştirakı ilə üçtərəfli görüş keçirilib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə ölkələr arasında enerji əməkdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib. Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlər nəzərdən keçirilib.
Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparılıb. Elektrik enerjisi dəhlizinin hər üç ölkə üçün əhəmiyyətli olduğu vurğulanaraq, layihənin texniki-iqtisadi əsaslandırması prosesinin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Layihənin texniki-iqtisadi əsaslandırmasına məsul şirkət “Monenco Iran”, eləcə də hər üç ölkənin energetika nazirlikləri və müvafiq enerji şirkətlərinin iştirakı ilə görüşün keçirilməsi təklif edilib.
Energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında ikitərəfli görüş də olub. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığına, həmçinin “Xudafərin” və Qız Qalası” su elektrik stansiyaları layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat