Prezident “Baker Hughes, a GE company” şirkətinin sədrini qəbul edib
10:15 03.07.2019
İqtisadiyyat
1209
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və Baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib.
APA -nın xəbərinə görə, qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğuladı. O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu dedi və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd etdi. Lorenzo Simonelli Azərbaycanda 1840-cı illərdə sənaye üsulu ilə ilk neft quyusunun qazıldığını vurğulayaraq təmsil etdiyi şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına töhfə verməsindən məmnunluq hissi keçirdiklərini dedi.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı “Baker Hughes, a GE company” şirkətinin Azərbaycanla neftayırma və digər sahələrdə əməkdaşlığının uğurlu nəticələrinin ölkəmizin enerji sektorunun modernləşməsinə töhfə verməsini yüksək qiymətləndirdi. Azərbaycanda əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev ölkəmizin enerji, sənaye və digər sahələrdə böyük inkişaf əldə etməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Lorenzo Simonellinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə əminliyini bildirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə