“Qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv edib”
Turan
13:01 01.08.2019
İqtisadiyyat
723
“2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Deputat bildirib ki, inkişafı şərtləndirən əsas amil kimi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan iqtisadi islahatları göstərmək olar:
“Ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin, inşa edilən müəssisələrin fəaliyyətə başlaması inkişafı təmin edən amillərdir. Son 6 ayın iqtisadi yekunları aşağıdakı mühüm nəticələrə gəlməyə imkan verir: 1.Aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyyələrinə iqtisadi subyektlər lazımı dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstəriblər. Belə ki, ötən müddət ərzində ÜDM-in 2.4 faiz, qeyri-neft sektorunun 3.2 faiz, qeyri-neft sənayesinin 15.7 faiz, kənd təsərrüfatı istehsalının 13 faiz, qeyri-neft ixracının 15 faiz, valyuta ehtiyatlarının 4 mlrd dollar artması deyilənlərə sübutdur”.
Parlament üzvünün sözlərinə görə, 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv edib:
“Bu addım iqtisadi subyektlərin şəffaflığa və haqlı rəqabətə inamını daha artırıb. 2019-cu ilin 6 ayının yekunlarına əsasən dövlət büdcəsi gəlirlərinin 440 mln. manat artması, vergi yığımlarının 8.8 faiz, gömrük yığımlarının 8 faiz artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70 faizi ötməsi, 100 mindən çox yeni əmək müqavilələrinin imzalanması deyilənlərin isbatıdır. Ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirlərin 4 milyondam çox insanın sosial qayğısının gücləndirilməsinə yönəltməyə imkan verib. Bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5 faiz olub, əhalinin gəlirləri isə 6.6 faiz artıb”.
T.Mirkişili vurğulayıb ki, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir:
“Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbət verir. Düşünürəm ki, ölkə başçısının “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaq”.
Qeyd edək ki, iyulun 31-də Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə vurğulayıb ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Dövlət başçısı bəyan edib ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir: “Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm