"Qarabağda 10 minlərlə yeni iş yeri yaradılacaq"
Fidan Həmişəyeva
08:18 26.08.2021
İqtisadiyyat
933
“İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımdan vacib hesab olunur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov söyləyib.
Deputat qeyd edib ki, artıq Füzuli Beynəlxalq Hava Limanında çalışacaq işçilərin seçimi ilə bağlı artıq vakansiya elan olunub:
“Hava limanının inşaatında isə 500 Azərbaycan vətəndaşı çalışır. Füzuli, Cəbrayıl və Zəngilana səfər edən zaman digər infrastruktur layihələrinin də intensiv həyata keçirildiyini müşahidə etdik. Həmin layihələrdə çalışanların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının drayverinə çevriləcək Qarabağ məşğulluğun təmin olunmasında da xüsusi rola malik olacaq.
Məskunlaşma prosesi ilə yanaşı yeni iş yerlərinin yaradılması da əsas prioritetlərdəndir. Artıq rayonlar üzrə müqayisəli üstünlüyə malik olan sektorların qiymətləndirilməsi aparılır.
İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir.
Bu illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir. Bu isə yaxın illərdə Qarabağda 10 minlərlə yeni iş yerinin yaradılacağı deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm