Qazaxıstan Azərbaycanın vergi inzibatçılığı təcrübəsini öyrənir
06:47 17.02.2024
İqtisadiyyat
676
Qazaxıstanda rəqəmsallaşma sahəsində aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının yeni informasiya sistemlərinin işlənməsi ilə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ölkəyə səfər edib.
"Sherg.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Dövlət Gəlirləri Komitəsinin sədr müavini Anuar Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 14-15-də Dövlət Vergi Xidmətində bir sıra görüşlər keçirərək təcrübə mübadiləsi aparıblar.
Dövlət Vergi Xidmətinin nümayəndələri qonaqlara Azərbaycanda uğurla tətbiq olunan “ƏDV geri al” layihəsi, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması inzibatçılığı, onlayn kassaların tətbiqi, ƏDV üzrə vahid depozit hesabı, həmçinin beynəlxalq vergitutma sahəsində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat veriblər. Görüşlərdə “onlayn kargüzarlıq” sistemi vasitəsilə vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsi, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) altmodullarının (Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN) strukturu da maraq doğurub. Bundan başqa, qonaqlara idxal-ixrac əməliyyatları üzrə Dövlət Vergi Xidmətinin riskli vergi ödəyicisinin müəyyənləşdirilməsi və riskli əməliyyatların meyarları, o cümlədən bu sahədə tətbiq olunan rəqəmsal həllər və bununla bağlı gələcək planlar haqqında məlumatlar təqdim olunub.
Görüşlər zamanı Azərbaycanın vergi sistemində əldə edilən nailiyyətlərlə yanaşı, Qazaxıstanda yekunlaşmaqda olan “ümumi bəyannamə sistemi” layihəsi, həmçinin bu ölkənin “markalanmalı və məcburi nişanlanmalı mallar” üzrə vergi inzibatçılığı sahəsində təcrübəsi də öyrənilib. Yaxın günlərdə beynəlxalq vergitutma və idxal-ixrac mövzularında Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin təcrübəsi ilə bağlı onlayn görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou