
Qazın, işığın, suyun, ərzağın qiyməti qalxır
Yusif Nəzərli
07:59 06.11.2021
İqtisadiyyat
808
Minimum əmək haqqının 300 manat müəyyənləşməsi də insanların həyatına müsbət təsir etməyəcək
Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bu məsələ "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub. Bundan əlavə, layihəyə əsasən ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının 170 manatdan 200 manata qaldırılması da təklif edilir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimli "Şərq"ə açıqlamasında deyib ki, minimum əmək haqqının şəffaf şəkildə təyin edilməsi üçün ilk növbədə istehlak səbəti müəyyənləşdirilməlidir. Ekspertin sözlərinə görə, bu gün təxmini araşdırmalar onu göstərir ki, bu, 425-450 manat civarındadır:
"Ümumiyyətlə, sovet dövrünün də əsas problemlərindən biri real istehlak səbətinin mövcud olmaması ilə bağlı idi. Bu gün insanın normal yaşaması üçün müəyyən bir aylıq istehlak səbəti olmalıdır. Bu gün dəqiq demək olmaz ki, minimum əmək haqqı 250, 300, yaxud da ki, 400 manatdır. Hesab edirəm ki, bunun üzərində Elmi Tədqiqat İnstitutları, Dövlət Nəzarət Orqanları bir yerdə birləşməli və vahid istehlak paketi hazırlamalıdır. Bura təkcə qida yox, yeri gələndə ayda bir dəfə insanın normal şəkildə mədəni, maarif qurumlarına ziyarəti, sosial paket, tibbi xərclər və s. daxil olmalıdır. Yəni insanların normal yaşamasından ötrü istehlak səbəti müəyyənləşdirilməlidir. Yeri gələndə də hər ay nəsə bahalaşanda onun avtomatik indeksləşməsi getməli və təsiri həll olunmalıdır. Bu gün 250 manat onsuz da bilirik ki, heç bir normal yaşayış üçün kifayət deyil, yəni gəlin reallığı etiraf edək. Bu gün vətəndaşın istifadə etdiyi istehlak məhsullarının, qazın, işığın, suyun qiyməti qalxır. Avtomatik sürətdə ona uyğun olaraq, respublika ərazisində ərzaq məhsullarının qiyməti də artıb. Yəni demək istəyirəm ki, onsuz da qiymətlər qalxır və əlavə xərclər də daxil olur insanın həyatına. Bütün bunların indeksləşməsi götürüldükdə isə əlbəttə ki, bu məbləğ kifayət deyil. Ona görə də bunun şəffaf şəkildə təyin edilməsindən ötrü birdəfəlik normal şəkildə istehlak səbəti müəyyənləşdirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial