Qəti mövqe qoyulmalıdır ! - “Dövlət dilində təhsil pulsuz olsun ! - Ödənişlər kəllə-çarxda !
Fidan Həmişəyeva
10:20 10.07.2020
İqtisadiyyat
1268
“İldə cəmi 140 milyon manat pul lazımdır ki, ölkədə ali təhsil pulsuz olsun”
“Ödənişli təhsilə düşmüş və kifayət qədər bacarıqlı olan insanlar var ki, təhsil almaqdan imtina edirlər”
Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqqı kifayət qədər yüksəkdir. Bu barədə həkim-pediatr Vaqif Qarayev Feysbuk hesabında "Pulları hazırlayın...bahalaşıb doxdurluq..." başlığı altında paylaşım edib. İllik ödənişlərin baha olduğunu qeyd edən həkim qiymətlərin 4800-5400 manat civarında olduğunu da diqqətə çatdırıb:
"Stomatologiya - 4800 AZN, Müalicə işi - 5400 AZN, Tibbi profilaktika -4800 AZN, Fizoterapiya və tibbi reabilitasiya - 4800 AZN, Hərbi tibb - 5400 AZN, Tibb bacısı işi - 4800 AZN təşkil edir”.
Ödənişlərin baha olmasına dair fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı Natiq Cəfərli bildirib ki, bəzi xarici ölkələrin ali məktəblərində təhsilin dövlət dilində pulsuz olması trendi başlayıb. N.Cəfərlinin sözlərinə görə, Almaniyada, Fransada dövlət dilində oxuyanlar təhsil haqqı ödəmirlər:
“Bu, Azərbaycanda da bir hədəf olmalıdır. Dövlət dilində təhsil haqqının ləğv edilməsi tək tibbə yox, bütün sahələrə aiddir. Koronavirusla bağlı problemlər artıqca tibbin nə qədər önəmli olduğu üzə çıxır. Ona görə də ən azından dövlət universitetlərində ilkin olaraq ödənişsiz təhsil önə çəkilməlidir. Dövlət büdcəsinin buna kifayət qədər imkanı var.
İldə cəmi 140 milyon manat pul lazımdır ki, ölkədə ali təhsil pulsuz olsun. 140 milyon manat o qədər də böyük məbləğ deyil. Ödənişli təhsilə düşmüş və kifayət qədər bacarıqlı olan insanlar var ki, təhsil almaqdan imtina edirlər. Səhv etmirəmsə, keçən il 7 minə yaxın tələbə imtina etmişdi. Bəlkə, gələcəkdə onlardan yaxşı mütəxəssisələr yetişə bilərdi”.
İqtisadçı vurğulayıb ki, qiymətlər Azərbaycan reallığına baxanda həqiqətən də çox bahadır:
“Ümumiyyətlə, yanaşma doğru deyil. Universitetlərin böyük əksəriyyətinə dövlət yardımlar edir. Maddi-texniki bazanın möhkəmləndirilməsi üçün əlavə ödənişlər olunur. Onsuz da dövlət bir əlini həmin universitetlərin üzərində saxlayır. Ona görə də ali təhsilin pulsuz verilməsi prioritet olmalıdır. Ən azından hədəf kimi götürülməlidir ki, məsələn, yaxın 3 ildə addım-addım bu hədəfə doğru gediləcək. Dövlət dilində təhsilin pulsuz olması üçün ortaya qəti mövqe qoyulmalıdır.
Kim başqa dillərdə təhsil almaq istəyirsə, onlar pullu ola bilər. Amma dövlət dilində təhsilin pulsuz olması hökümət və Təhsil Nazirliyi tərəfindən elan edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm