Qiymət baha, keyfiyyət aşağı, imic bərbaddır
Turan
02:28 11.06.2021
İqtisadiyyat
913
"AZAL Azərbaycan cəmiyyətinin ən çox narazı olduğu qurumların başında gəlir"
"Dəyişiklik üçün üçün ciddi islahat şərtdir. Dövlətdən, xalqdan oğurlanan pulları geri qaytarmağın vaxtı çatıb"
Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağa ləğv edilib. Bu, Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qərara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmirdi. Dəyişikliyə əsasən məhdudiyyətlər aradan qaldırılıb.
Digər dəyişiklik isə aerovağzal kompleksinin girişində postlarla bağlıdır. Hazırda aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaşlarından ibarət postlar fəaliyyət göstərir.
Bundan sonra isə aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərəcək. Beləliklə, artıq postlarda polis və tibb əməkdaşları yer almayacaq. Məlum olduğu kimi, ölkə ictimaiyyətinin, xüsusən tez-tez xaricə səfər edənlərin ən böyük dərdi AZAL-ın təklif etdiyi qiymətlərin həddindən ziyadə baha olmasıdır. Dəfələrlə deyilib-yazılsa da, əfsuslar ki, nəticə dəyişmir. Əksinə, qiymətlər daha da bahalaşır. Halbuki, AZAL dövlət büdcəsindən maliyyələşən, ən çox subsidiya alan qurumlardan biridir. Ehtimal edilir ki, islahat dalğası yaxın günlərdə AZAL-a da çatacaq və uçuş qiymətləri göylərdən yerə enəcək.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə “Şərq”ə bildirib ki, AZAL Azərbaycan cəmiyyətinin ən çox narazı olduğu qurumların başında gəlir. Ekspertin sözlərinə görə, bərbad idarəçilik səbəbindən əhalidə bu şirkətə qarşı aqressiv münasibət yaranıb:
“Tanıdığım insanların çoxu məcburiyyət qarşısında qalmasa, AZAL-ın xidmətindən istifadə etmirlər. Qiymət baha, keyfiyyət aşağı, imic bərbaddır. Neçə illərdir deyirik, yazırıq, amma şirkətin fəaliyyətində heç bir müsbət dəyişiklik yoxdur. Qiymətlər Ukrayna, Gürcüstan və keçmiş postsovet məkanına daxil olan ölkələrlə müqayisədə iki-üç dəfə bahadır.
Niyə? Təəssüf ki, AZAL rəhbərliyi, şəxsən Cahangir Əsgərov bunun məntiqli izahını verə bilmir.
Geriyə tək bir versiya qalır: - qiymətlər rəhbərliyin cibini doldurmaq üçün bu qədər bahadır. Hesab edirəm ki, şirkətin başında duran şəxs dərhal vəzifədən azad olunmalı, fəaliyyəti hərtərəfli yoxlanılmalıdır.
Əks halda AZAL-da heç nə düzəlməyəcək. Dəyişiklik üçün üçün ciddi islahat şərtdir.
Dövlətdən, xalqdan oğurlanan pulları geri qaytarmağın vaxtı çatıb. Bir sıra məhdudiyyətlərin aradan qaldırılması, qadağaların ləğvi isə pandemiya şəraitinin yumşalması ilə əlaqəlidir. Onsuz da bunlar narazılıq doğuran məqamlar idi və ləğvi zəruri idi. Söhbət biletlərin bahalığından və xidmətin aşağı olmasından gedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya