Rusiya şirkətləri İran ərazisində dəmir yolu tikintisində iştirak etməkdə maraqlıdırlar
21:42 05.06.2021
İqtisadiyyat
816
Rusiya şirkətləri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan dəmir yolunun İran ərazisindən keçən hissəsinin inşasında iştirak etməkdə maraqlıdırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışında deyib. O bildirib ki, rəhbərlik etdiyi mərkəz sözügedən dəmir yolunun tikintisinə qatılacaq şirkətlərə xidmət göstərməyə hazırdır.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir. Lakin iqtisadi sanksiyalar və İran iqtisadiyyatının tənəzzül dövrünü yaşaması yolun tikintisinə ciddi maneələr yaradıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, yolun Rəşt-Astara hissə tikilib başa çatdıqdan sonra Körfəz ölkələri ilə Avropa arasında nəqliyyat əlaqəsi yaranacaq. Yüklər İranın Bəndər-Abbas limanına daxil olacaq, buradan isə qatarla Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya və əks istiqamətə daşınacaq. Bu məsələdə İran, Azərbaycan və Rusiya tranzit yüklərin ərazilərindən keçməsində maraqlıdırlar və bu sahədə əməkdaşlıq edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə