Rusiya valyutasını sonuna qədər qoruya bilməyəcək
Rusiya valyutasını sonuna qədər qoruya bilməyəcək
Yusif Nəzərli
12:44 14.05.2022
İqtisadiyyat
506
Rubl üçün ən çətin an Avropa İttifaqının Rusiyanın enerji məhsullarının alışından imtina etməsi ola bilər
“Rusiya milli valyutasının rəsmi məzənnəsi 1 dollar üçün 66.25 rubladək bahalaşıb. Rusiya-Ukrayna savaşı başlanan gün dollar almaq üçün 80 rubl təklif olunurdusa, ötən müddətdə rublun rəsmi məzənnəsi 18 faiz güclənib”.
Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, Rusiyanın milli valyutası Qərbin ilk sanksiyalarına ciddi reaksiya verərək ucuzlaşmışdı. Amma sonradan Rusiya Mərkəzi Bankı rublun mövqelərini bərpa edə bildi: “Rublun məzənnəsinin möhkəmlənməsinin bir neçə mühüm səbəbi var. Birincisi, sanksiyalar nəticəsində Rusiyanın idxalının kəskin azalması dollara tələbi minimumlaşdırıb. Yalnız ötən ay Rusiyada avtomobil alışı 78.5 faiz azalıb. Bu o deməkdir ki, xaricdən mal gətirilməsində ciddi azalma olduğundan iş adamlarının dollara tələbi kəskin aşağı düşüb. Rusiyada dollara tələbi əsas sahibkarlar yaradırdı. İkincisi, Rusiya vətəndaşlarının xarici səfərlərinin sayı da kəskin azalıb və bu da dollara tələbi aşağı endirib. Hər il 7 milyondan çox Rusiya vətəndaşı sadəcə Avropaya gedirdi. Artıq bu səfərlər, demək olar, yoxdur. Bu isə xarici valyutaya tələbi azaldır. Digər yandan Rusiyada ölkədən valyuta çıxarışı 10 min dollaradək məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edir. Ən nəhayət, sanksiyalara baxmayaraq, Avropa İttifaqı müharibənin başladığı yalnız ilk 2 ay ərzində sadəcə yanacaq məhsullarına görə Rusiyaya 46.3 milyard dollar ödəyib. Rusiyanın enerji məhsullarının idxalına embarqo tətbiq olunmadığı üçün şimal qonşumuz Qərb ölkələrindən valyuta almaqda davam edir”.
Parlament üzvü vurğulayıb ki, qeyd edilən faktorlar mövcud məzənnəyə təsir göstərsə də, Rusiya valyutasının dollara nisbətən yenidən dəyər itirməsi gözləntiləri yüksəkdir: “Bir tərəfdən biznes yeni bazarlar, rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və turist səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə rubla tələbi artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək. Savaş davam edərsə, Qərb mərhələli şəkildə Rusiya enerji məhsullarının idxalından imtina edəcək. Sanksiyalar iqtisadiyyata daha təsirli olacaq ki, bu da rubla təsirsiz ötüşməyəcək. Bu baxımdan, məhdudlaşdırıcı alətlərə baxmayaraq, yenidən rublun dollara nisbətən ucuzlaşması istisna deyil və aydındır ki, rubl üçün ən çətin an Avropa İttifaqının Rusiyanın enerji məhsullarının alışından imtina etməsi ola bilər. Bu halda Avropaya yalnız neft ixracatından Rusiya illik 104 milyard dollar itirəcək. Digər daxilolmaların, xüsusən də mavi qaz satışından gəlirlərin azalmasını da nəzərə alsaq valyuta bazarındakı tarazlığın uzun müddət qorunub saxlanılması asan olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol