
Rusiyanın Azərbaycan pomidoru və gilasını geri qaytarmasına MÜNASİBƏT
Turan
14:34 05.07.2019
İqtisadiyyat
1281
Fuad İbrahimli:“Heç kim Rusiya qurumlarını tərkibində insan sağlamlığı üçün təhlükəli maddə olan məhsulları ölkəyə buraxmadığı üçün ittiham edə bilməz”
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin mütəxəssisləri Azərbaycan pomidoru və gilası ilə dolu yük maşınlarını geri qaytarıb. Məlumata görə, 16-23 iyun tarixlərində Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində Azərbaycandan aparılan 225 tondan artıq meyvə-tərəvəzin idxalı qadağan edilib. Səbəbi isə odur ki, meyvə-tərəvəzdən götürülmüş nümunələrdən pomidor güvəsi, şərq güvəsi və Qərbi Kaliforniya çiçək tripsi aşkarlanıb.

Rusiyaya məhsul ixrac edən iş adamları maddi ziyan çəkdiklərini önə sürərək Rusiya gömrüyünü suçlayıblar. Ancaq ekspertlərin fikrincə, belə olaylarda hansısa qonşu ölkəni günahlandırmaq doğru deyil. Burada məsuliyyət daşıyan tərəf məhsulların düzgün yoxlanılmasını həyata keçirməməmiş şəxslər və ya qurumlardır.
Mövzunu “Sherg.az"a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimli bildirib ki, Rusiya müstəqil dövlətdir və Azərbaycan kimi öz daxili istehlakçılarının ərzaq təhlükəsizliyini təmin etmək məcburiyyətindədir:
“Hər bir ölkə yararsız məhsullarla bağlı karantin rejimi tətbiq etmək hüququna malikdir. Rusiyanın sanitarlıq və baytarlıq xidmətləri bununla bağlı birbaşa məsuliyyət daşıyırlar. Xatırlayırsızsa, Gürcüstanda donuz qripi ilə bağlı söz-söhbət yayılan kimi dərhal Azərbaycan tərəfi öz sərhədlərində gücləndirilmiş karantin rejiminə keçdi.
Ona görə də Rusiyanın sərhəddən daxil olan bütün meyvə-tərəvəzləri ciddi yoxlaması təbii haldır və labüddür. Heç kim Rusiya qurumlarını tərkibində insan sağlamlığı üçün təhlükəli maddə olan məhsulları ölkəyə buraxmadığı üçün ittiham edə bilməz. Burada ilk növbədə düşünülən məsələ sahibkarın ziyan çəkməsi yox, istehlakçıların sağlamlığıdır”.
İqtisadçının sözlərinə görə, ixrac yönümlü məhsul yetişdirənlər öncədən onun laborator analizlərini qəbul etməlidirlər:
“Sahibkarlar ən azından məhsul ixrac etdikləri ölkələrin qanunlarına və insan həyatına hörmət göstərməlidir. Təəssüflər olsun ki, bəzi iş adamlarımız ciddi məqamlara biganə yanaşırlar. Hər hansı problemlə üzləşəndə isə hökuməti tənqid etməyə başlayırlar və günahı başqasına atırlar.
Tərkibində zərərli maddələr aşkarlanmış məhsulların Azərbaycanda yayılmasına da imkan vermək olmaz. Qida Təhlükəsizlik Agentliyinin nümayəndəliyi bu məsələyə çox ciddi yanaşmalı, yararsız məhsullar dərhal məhv edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə