"Rusiyanın Qarabağa yatırımları iqtisadi maraqlara bağlıdır"
Yusif Nəzərli
08:53 22.02.2022
İqtisadiyyat
655
Razi Abbasəliyev: "Rus şirkətlərinin Qarabağa maraq göstərməsi Zəngəzur dəhlizinin açılması üçün mühüm əhəmiyyət kəsb edir"
Azərbaycanın azad edilmiş ərazilərində artıq Rusiya şirkətləri işləyir.
Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, 20-yə yaxın Rusiya şirkəti azad edilmiş ərazilərdə fəaliyyət üçün maraq göstərib və onlardan bəziləri artıq işə başlayıb: "Azərbaycan və Udmurtiya ticarət münasibətlərinin genişləndirilməsinə xidmət edəcək tədbirlər planını müəyyən edib. Biz tədbirlər planları, yol xəritələri, iqtisadi inkişaf prioritetləri kimi məsələləri müzakirə etmişik".
Nazir müavini qeyd edib ki, investisiya layihələri və məlumat mübadiləsi mexanizmləri də müəyyən edilib.
Rusiya şirkətlərinin Qarabağdakı fəaliyyəti Azərbaycana nə vəd edir?
Bu barədə “Şərq”ə danışan iqtisadçı Razi Abbasəliyev bildirib ki, Azərbaycanın ortaya qoyduğu tarixi siyasət prinsipləri region ölkələri ilə yanaşı orta və mərkəzi Asiya, Şərqi Avropaya çıxış üçün imkanlar yaradır.
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Qazaxıstan və Rusiya üçün ciddi önəm kəsb edir. Bu baxımdan Rusiya şirkətlərinin Qarabağa maraq göstərməsi normaldır. Danışıqların növbəti mərhələsindən asılı olaraq Zəngəzur dəhlizinin istifadəyə verilməsi və iqtisadi layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad olunan bölgələrinə investisiya qoyması aqrar sənaye kompleksləri, turizm və logistik sahə üçün vacibdir. Rusiya iqtisadiyyatı üçün isə Mərkəzi Asiyaya və Şərqi Avropaya yeni çıxış imkanlarının yaranmasına səbəb olur.
Burada İran üçün də əhəmiyyətli məqamlar var. Çünki yolu qısalacaq.
İsrail şirkətlərinin azad olunan bölgələrə qoyduqları investisiyalar diplomatik və geosiyasi maraqlar baxımından önəmli idi. Ancaq Rusiyanın yatırımları birbaşa iqtisadi maraqlarla bağlıdır.
Rus şirkətlərinin Qarabağa maraq göstərməsi Zəngəzur dəhlizinin açılması üçün mühüm əhəmiyyət kəsb edir”.
İqtisadçının sözlərinə görə, Naxçıvan Muxtar Respublikası bu ticarət zəncirinin yaradılmasından sonra bir növ paytaxta çevriləcək.
"Bu, Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir. 2023-cü ilə qədər nəzərdə tutulan prioritetlərdə hələ rəsmi şəkildə açıqlanmasa da, ilkin hesablamalara görə, 60-70 milyard dollarlıq ticarət dövriyyəsindən söhbət gedir. Bu ticarət dövriyyəsinin mərkəzi dəhlizi Naxçıvan olacaq. Bura bir çox ölkələr üçün keçid rolunu oynayacaq. Bu baxımdan regionda ən çox qazanan Naxçıvan olacaq.
Proses daha çox Azərbaycanın xeyrinə davam edəcək. Zəngəzur dəhlizinin, dəmiryolu xəttinin və kommunikasiyaların açılması həm region, həm də qonşu ölkələr üçün kifayət qədər iqtisadi əhəmiyyət kəsb edir".
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət