
“Ruslar xaricdə bank kartlarından istifadə edə bilməyəcəklər”
Yusif Nəzərli
12:18 23.02.2022
İqtisadiyyat
551
“Həmin dörd bankın müştəriləri artıq bu problemlə qarşılaşacaq”
Rusiya və Ukrayna arasındakı gərginlik digər ölkələrin tədbirlər görməsinə səbəb olub. Artıq ölkələr rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bir neçə Rusiya bankında əməliyyatlara qadağa qoyulub. Bu cür vəziyyət təkcə rəsmi Moskvaya olan iqtisadi təsirlə nəticələnməyəcək. Dünya bazarında da müəyyən çöküşlər gözlənilir.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli sanksiyaların həddi və ardıcıllığının önəmli rol oynadığını bildirib:
“İlk reaksiya Rusiya səhm bazarında ciddi ucuzlaşma ilə müşahidə olunub. Rubl dəyərdən düşüb. Amma indi səngimə prosesi gedir. Çünki bu günə qədər elan olunan sanksiyalar gözlənilən kimi, yəni sərt deyildi. Əvvəllər bəyan edildi ki, Ukraynaya təcavüz olunsa, sistemdən Rusiyanı çıxaracaqlar, neft-qaz satışına qadağalar qoyulacaq, bank əməliyyatları tamamilə dayandırılacaq və s.”.
İqtisadçı qeyd edib ki, sanksiyalar cəmi dörd bankı və bir neçə fiziki şəxsi əhatə edir:
“Gərginlik artsa, sanksiyalar sərtləşə bilər. Bu da, Rusiya iqtisadiyyatını çökdürər. Bu vəziyyətdə Rusiya vətəndaşları xaricdə bank kartlarından belə istifadə edə bilməyəcək. Həmin dörd bankın müştəriləri artıq bu problemlə qarşılaşacaq”.
N.Cəfərli bu cür situasiya dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini vurğulayıb:
“Əsasən, enerji sektorunda daha sərt sanksiyalar olacaqsa, bazarda neftin və qazın qiymətində növbəti bahalaşma dalğası görə bilərik. Onsuz da son 1 ili götürsək, çox ciddi addımlar var. Neft qiymətləri artıq 95-100 dollar koridorundadı. Bu hal sonuncu dəfə 2014-cü ildə müşahidə olunmuşdu. Avropa birjalarında qazın qiyməti 1000 dollar civarına yaxınlaşıb”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə