Stimullaşdırıcı metodlardan istifadə olunmalıdır
20:34 23.09.2021
İqtisadiyyat
762
Bankların biznes kreditləşməsinə marağını artırmağa ehtiyac var
"Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun fikrincə, stimullaşdırıcı metodlarla bankların biznes kreditləşməsinə marağının daha da artırılmasına ehtiyac var:
"2021-ci ilin ilk 8 ayında istehlak kreditlərinin həcmində artımlar davam edib. Mərkəzi Bankın məlumatına görə, ötən ili 3 milyard 661 milyon manatlıq istehlak kreditləri ilə başa vuran banklar bu ilin ilk 8 ayında istehlak kreditlərinin həcmini 4 milyard 132 milyon manatadək yüksəldiblər. Bu isə o deməkdir ki, yalnız 8 ay ərzində istehlak kreditlərinin həcmi 471 milyon manat artıb. Doğrudur, təhlil olunan dövrdə ümumi kredit portfeli və biznes kreditlərinin həcmində də artımlar qeydə alınıb. Bununla belə, ötən ilin sonu ilə müqayisədə bu ilin 8 ayı ərzində ümumi kredit portfeli 6.9 faiz, biznes kreditlərinin həcmi 3.8 faiz artsa da, istehlak kreditlərinin həcmi 12.0 faiz artıb. Göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur, iki rəqəmli artım faizi ilə ifadə olunur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur”.
V.Bayranov bildirib ki, bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi həm problemli kreditlərin həcminin artması, həm də real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil:
"İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağırışlar yaradır və bu da sektorun dayanıqlığı baxımından arzuolunan deyil”.
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol