Təklif: “Banklar bir-birlərinin kartları ilə ödənişdən faiz tutmasın !” – REALDIRMI ?
Banuçiçək Kalbalıyeva
13:32 18.06.2020
İqtisadiyyat
852
“Bu təklifin reallaşması ədalətsizlik olar”
“Çünki banklar kommersiya qurumu olduğu üçün onların ödənişsiz xidmət göstərmələri düzgün olmaz”
“Banklar bir-birlərinin bank kartları ilə ödəniş edilən zaman faiz tutulması qaydasını ləğv etməlidirlər. Bir sözlə, ciddi təşviqat işləri aparılmalıdır ki, yeni model Azərbaycana da gəlsin”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda nağdsız ödənişə keçirilməsi ilə bağlı danışarkən deyib. Onun fikrincə, bankların bu məsələdə bir-birlərinə güzəştə getməsi müsbət mənada ciddi dəyişikliklərə səbəb ola bilər.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə “Sherg.az”a açıqlamasında bildirib ki, bu, mümkün deyil:
“Qayda bütün dünyada eynidir. Ona görə istənilən ölkədə hər kəs öz bankından pul çıxarmağa çalışır. Əks halda ciddi problemlər meydana çıxa bilər”.
Ə.Həsənov səbəbləri izah edən zaman vurğuladı ki, səslənən təklifin reallaşması ədalətsizlik olar:
“Şərti mənada “X” adamda “A” bankının kartının olduğunu nəzərə alaq. O, bunun üçün həmin banka ödəmə edir. Həmin kartla B bankından pul çıxaran zaman isə ödəmə edilmir. Məhz buna görə də faiz tutulur. Həm də əgər B bankı faiz tutmasa, hamı- A, C, D bankının müştərilə də ona üz tutar. Bu isə həmin banklara sərf etmir. Vətəndaşı nəzərə alaraq, A bankının öz müştərisinin ödənişini B-yə ödəməyini təklif edə bilərik. Yəni yük vətəndaşın yox, bankın üzərinə düşəcək. Ancaq, əlbəttə, bu da A bankının ürəyincə deyil. Deməli, ən ideal forma elə indikidir. Hətta Mərkəzi bank da digər banklara nağd pulu faizlə verir. Çünki banklar kommersiya qurumu olduğu üçün onların ödənişsiz xidmət göstərmələri düzgün olmaz. Başqa sözlə desək, bankların ödənişsiz fəaliyyət göstərməsi onların maraqlarına uyğun deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi