
Təlabat aşağı səviyyədədir: Kümçülər iqtisadi baxımdan barama istehsalında maraqlı deyillər -RƏY
11:58 09.07.2025
İqtisadiyyat
511
İyulun 8-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 32,282 ton yaş barama təhvil veriblər.
2025-ci təsərrüfat ilində Zaqatala, Balakən və Ağcabədi rayonlarında da yüksək məhsuldarlıq qeydə alınıb. Bugünədək Zaqatalada 19,147 ton, Balakəndə 17,514 ton, Ağcabədidə 17,141 ton yaş barama tədarük olunub. Şəki (8628 ton), Qax (8029 ton), Bərdə (7343 ton), Füzuli (7254 ton), Tərtər (6540 ton), Ağdaş (5695 ton), Lənkəran (5426 ton) və Sabirabadda (5177 ton) yaş barama istehsalı 5 min tondan artıq olub.
Qutu başına düşən yaş barama istehsalına görə Zərdab rayonu liderdir. Rayon üzrə orta məhsuldarlıq qutu başına 50 kiloqram yaş barama təşkil edir. Orta məhsuldarlıq göstəricisi Qazax (49 kq), Cəbrayıl (Biləsuvar) (47 kq), Tovuz (46 kq), Zaqatala (43 kq) və Beyləqan (43 kq) rayonlarında da yüksək olub.
Azərbaycanda yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Qeyd edək ki, bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 6000 qutu ipəkqurdu toxumu paylanıb. Bunlardan 5000 qutu ipəkqurdu toxumu Çin Xalq Respublikasından tədarük edilib. Qax Damazlıq İpəkçilik Stansiyasında 1000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.
Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvanda yaş barama tədarükü aparılır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sherg.az-a bildirib ki, ölkədə barama istehsalı son illərdə kəskin şəkildə azalma tendensiyası göstərir:

“2024-cü ildə təxminən 239,4 ton barama istehsal olunub. Lakin cari mövsüm hələ yekunlaşmadığından, fermerlərin əlavə məhsul istehsal edəcəyi gözlənilir və bu səbəbdən də yekun rəqəmlərin bir qədər artacağı ehtimal olunur. Mövsümün sonunda ötən illə müqayisədə artım və ya azalma dinamikasını dəqiq müəyyən etmək mümkün olacaq. Hazırda bir neçə ildir ki, ölkədə barama istehsalı zəifləməkdədir. Bu isə ipək və digər məhsulların istehsalında xammal çatışmazlığı ilə nəticələnir. Baramadan əldə olunan liflərin əksəriyyəti ip şəklində əyilərək ixrac olunur. Ölkə daxilində bu məhsulun emalı və son məhsula çevrilməsi çox məhduddur. Daxili bazarda bu məhsula olan tələbat aşağı səviyyədədir və istehsal həcmləri də məhdud olduğundan, əsas istiqamət ixracat təşkil edir. Baramadan ipək, parça və digər tekstil məhsullarının alınması üçün zəruri olan sənaye infrastrukturu ölkə daxilində mövcud deyil. Belə iri miqyaslı emal müəssisələrinin qurulması üçün isə məhsulun stabil satış bazarının, xüsusilə də beynəlxalq bazarda mövqeyinin təmin olunması vacibdir. Hazırda ölkə daxilində baramanın son məhsula çevrilməsi prosesi sistemli şəkildə təşkil olunmayıb. Bununla yanaşı, hər il yaş barama istehsalında azalma müşahidə olunur. Bu azalmanın əsas səbəblərindən biri barama təhvilini həyata keçirən şirkətlərin sayının məhdud olması və onların alış prosesində qiymətləri inhisarlaşdırmasıdır. Bu hal fermerlərin gəlirliyini azaldır və mənfəət norması əsasən təhvil verən qurumlar tərəfindən mənimsənilir. Nəticədə də kümçülər iqtisadi baxımdan barama istehsalında maraqlı deyillər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, barama bazarında mövcud olan inhisarçılıq aradan qaldırılmalı, qiymətlər bazar mexanizmləri əsasında formalaşmalıdır. Bu isə öz növbəsində kümçülərdə barama istehsalına marağı artıracaq və sektorun dirçəlməsinə şərait yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm