
Tərəvəz qiymətləri əl yandırır: Ucuzlaşmaya ümid etməməliyik -İQTİSADÇI
10:45 06.09.2024
İqtisadiyyat
613
Turşu bağlama mövsümünün başlaması ilə tərəvəz bazarında bahalaşma müşahidə edilir.
Bakupost.az xezerxeber-ə istinadla bildirir ki, piştaxtaları bəzəyən növbənöv məhsullar kimi qiymətləri də fərqlidir.
Satıcıların sözlərinə görə, qış hazırlığı üçün istifadə olunan bu məhsulların baha olmasının yerində qiymətlərin ucuz olmamasıdır.
Satıcıların dediyinə görə, bazarda ən çox bahalaşma pomidordadır.
Alıcılar da son günlər qiymətlərdə artım olduğunu bildirirlər.
Satıcılar sözügedən məhsullarda bahalaşmanın növbəti aylarda da davam edəcəyini proqnozlaşdırırlar.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, pomidorun və tərəvəzlərin qiymətinin ən ucuz vaxtı indi olmalıdır:

“Açıq havada olan tərəvəzlər avqust, sentyabr, oktyabr aylarında bazara daxil olur. Ona görə də ən ucuz vaxt indiki vaxt sayılır. Bu mənada indi ucuz olmayıbsa, gələcəkdə də ucuz olması gözlənilmir. Çünki baha qiymət qoyurlar və bizdə baha alırıq. Ümumiyyətlə fermerlərin, sahibkarların xərci keçən il ilə müqayisədə eyni deyil. Bahalaşmanın digər səbəb isə bazara çıxarılan məhsulun həcmi də ötən il ilə müqayisədə daha az olmasıdır. Yəni Bahalaşma həm məhsuldarlıq, həm də ixracla əlaqəlidir. İxrac da keçən ilə nisbətən daha yüksək olub. Epizodik ucuzlaşmalar ola bilər, lakin sezonun sonuna doğru gedirik. Sentyabr, oktyabr ayı bostandan yığılan tərəvəzlərin son dövrüdür. Sonrakı mərhələdə piştaxtalarda istixanalardan gələn məhsullar olacaq. Ümumiyyətlə yığılıb saxlanıldıqdan sonra bazara çıxan məhsullar hər zaman baha olur. Çünki saxlanma xərci mövcuddur. Bundan sonra ucuzıaşmanın olacağına isə ümid etməməliyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya
Kainatın qaydalarını pozan qara dəlik kəşf edildi
18:26 23.02.2026
Maraqlı
Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub
18:12 23.02.2026
Hadisə
Cevdet Yılmaz Azərbaycana səfər edəcək
18:05 23.02.2026
Siyasət
Luka Modriç karyerasını başladığı kluba qayıda bilər
17:58 23.02.2026
Futbol
Göygöl Dövlət Arxivi İdarəsinə yeni müdir təyin olundu - FOTO
17:50 23.02.2026
Cəmiyyət
Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır - ŞƏRH
17:41 23.02.2026
Gündəm