The Economist: BRICS+ iqtisadiyyatı 2045-ci ildən G7-ni qabaqlayacaq
Yusif Nəzərli
07:40 11.09.2024
İqtisadiyyat
499
BRICS+ ölkələrinin iqtisadiyyatlarının həcmi 2045-ci ildən sonra böyük yeddilər (G7) iqtisadiyyatını ötəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in qlobal iqtisadiyyatla bağlı proqnozunda bildirilib. Qeyd edilib ki, sözügedən iqtisadiyyatlar arasında boşluq getdikcə azalacaq. Məsələn, 2020-ci ildə BRICS+ ölkələrinin iqtisadiyyatlarının həcmi 20 trilyon dollar, G7 ölkələrinin iqtisadiyyatlarının cəmi 40 trilyon dollar təşkil edib. EIU-nun proqnozuna görə, 2025-ci ildə BRICS+ iqtisadiyyatı 30 trilyon dolları, G7 ölkələrində iqtisadiyyatı isə 50 trilyon dolları ötəcək. 2030-cu ildə bu rəqəm müvafiq olaraq 40 və 60 trilyon dollar təşkil edəcək. 2040-cı ildə isə aradakı fərqdə getdikcə azalma başlayacaq və 2045-ci ildə hər iki qrup ölkələr üzrə ümumdaxili məhsul istehsalı 100 trilyon dollara bərabər olacaq. EIU bunu 2040-cı ildən başlayaraq Hindistan iqtisadiyyatının böyüməklə "BRICS+"da çəkisinin artacağı ilə əsaslandırır.
Qeyd edilib ki, inkişaf etməkdə olan iqtisadiyyatların qlobal çəkisinin artması geosiyasəti gərginləşdirəcək.
Xatırladaq ki, BRICS ölkələrinə beş sürətlə inkişaf edən ölkə -Braziliya, Rusiya, Hindistan, Çin, və Cənubi Afrika Respublikasının qoşulması ilə yaradılıb. 2024-cü ilin əvvəlində Misir, Efiopiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İran da bu qrupa qoşulub. Qrup ölkələri hazırda dünya əhalisinin 46%-ni və qlobal ÜDM-in isə 29%-ni özündə cəmləşdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya
Kainatın qaydalarını pozan qara dəlik kəşf edildi
18:26 23.02.2026
Maraqlı
Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub
18:12 23.02.2026
Hadisə
Cevdet Yılmaz Azərbaycana səfər edəcək
18:05 23.02.2026
Siyasət
Luka Modriç karyerasını başladığı kluba qayıda bilər
17:58 23.02.2026
Futbol
Göygöl Dövlət Arxivi İdarəsinə yeni müdir təyin olundu - FOTO
17:50 23.02.2026
Cəmiyyət
Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır - ŞƏRH
17:41 23.02.2026
Gündəm