“Ümid-1” yatağında qaz hasilatı artırılacaq
Yusif Nəzərli
08:03 20.05.2022
İqtisadiyyat
373
Azərbaycan Respublikasının neft-qaz sənayesində əhəmiyyətli yeri olan Ümid-Babək layihəsi çərçivəsində “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ) hasilatın sürətləndirilməsi” layihəsi üzrə işlər uğurla davam etdirilməkdədir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən icra edilən layihə şirkətin tarixində beynəlxalq təcrübəyə əsaslanan, innovativ texnologiyaları və müasir avadanlıqları tətbiq etməklə həyata keçirilən ilk layihələrdəndir. Layihənin əsas hədəfi “Ümid-1” özülündən nəql sisteminin məhdudiyyətlərini aradan qaldırmaq və yeni quyuları qazmaqla hasilatı artırmaqdır.
İlkin hesablamalara görə Xəzər dənizində yerləşən Ümid qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon kubmetr kondensat həcmindədir.
Yataqdan cari nəql xətlərində məhdudiyyətləri nəzərə alaraq, gündəlik 3 milyon kubmetr qaz və 470 ton (3600 barel) kondensat hasil olunur və SOCAR-ın texnoloji sistemi ilə Daşgil terminalına nəql etdirilir. “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ) hasilatın sürətləndirilməsi” layihəsi reallaşdırıldıqdan sonra gündəlik təhlükəsiz qaz hasilatının 8,1 milyon kubmetrə, kondensat hasilatının isə 1200 tona (9000 barel) qədər artırılması nəzərdə tutulub.
2019-cu ildən etibarən həyata keçirilən və “Umid Babek Operating Company” əməliyyat şirkətinin (UBOC) ölkəmizdəki filialı tərəfindən reallaşdırılan bu layihə üzrə dənizdən quruya doğru Ümid yatağından Səngəçal Baş Qurğularına (SBQ) qədər təqribən 100 kilometr məsafəni əhatə edən böyük ərazidə çox mühüm mərhələnin bir hissəsi uğurla yekunlaşıb.
“Ümid-1 SDÖ-dən hasilatın sürətləndirilməsi” layihəsi çərçivəsində hər biri ayrılıqda böyük əhəmiyyət kəsb edən önəmli işlər görülür. Belə ki, Ümid-1 SDÖ-də aparılan yenidənqurma, uzunluğu 54 kilometr olan 20 düymlük (500 millimetr) sualtı nəql xəttinin və onun quruda olan təqribən 3,7 kilometr hissəsinin çəkilməsi, Daşgil-2 terminalından qaz nəql xəttinin tikintisi, Səngəçal Baş Qurğularında (SBQ) SOCAR-ın qaz nəql sisteminə birləşmə məntəqəsi üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir. Hazırda “Ümid-1” SDÖ-də və quruda aparılan işlər son tamamlanma mərhələsindədir.
“Ümid-1” SDÖ-dən qazın sahilə çatdırılması üçün nəql xəttinin sualtı hissəsinin tikintisinə bu ilin aprel ayında “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə başlanılıb. Layihənin ən çətin hədəflərindən biri olan quruya yaxın yerləşən 2,1 kilometrlik boru xəttinin çəkilməsi artıq tamamlanıb.
Bu hədəfə çatmaq üçün UBOC-un peşəkar layihə idarəetmə heyəti podratçı BOSS PİC şirkətinin əməkdaşları ilə birgə bütün çətinliklərin öhdəsindən uğurla gəlib. Qısa müddət ərzində uzunluğu təqribən 2,2 kilometr, eni 15 metr olan qoruyucu torpaq bənd (damba) inşa olunub.
Layihə işlərində müvafiq dövlət qurumları, yerli və beynəlxalq subpodratçılar (SOCAR-ın “Neftqaztikinti” tresti, SOCAR Dalğıc, Wood Group, Jan De Nul, Saipem, Oceaneering) iştirak ediblər. Artıq işlərin növbəti mərhələsinə start verilib və “Ümid-1” SDÖ-dən sürətləndirilmiş hasilatın ölkənin ümumi qaz təchizatı şəbəkəsinə qoşulmasının uğurla başa çatdırılması gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət