
Vüqar Bayramov: İsveçrə ilə maliyyə əməkdaşlığı təhlükəsizlik və innovasiya deməkdir
12:47 09.07.2025
İqtisadiyyat
429
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb.
Bunu AMB sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“İsveçrə Milli Bankının sədri cənab Martin Şlegel ilə Azərbaycana ilk işgüzar səfərində görüşməkdən məmnun olduq.
Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, eləcə də maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi apardıq.
Görüşdə həmçinin ölkələr arasında tərəfdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edərək qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”-paylaşımda qeyd edilib.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, Azərbaycanda rəqəmsal ödəniş sisteminin və müvafiq infrastrukturun genişləndirilməsi prioritet istiqamətlərdən biridir:

“Bu sahədə xidmətlərin genişlənməsi, eyni zamanda, bank sektorunda yeni maliyyə məhsullarının formalaşdırılması və təqdim olunması üçün əlverişli şərait yaradır. Azərbaycan üçün inkişaf etmiş ölkələrlə, xüsusən də bu sahədə qabaqcıl təcrübəyə malik olan İsveçrə ilə əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır.
İsveçrənin rəqəmsal maliyyə texnologiyaları sahəsində üstün mövqeyə malik olması Azərbaycanın bu sahədə potensial imkanlardan və qabaqcıl təcrübədən faydalanmasına şərait yaradır. Bu kontekstdə bank sektorunda yeni məhsulların tətbiqi ilə yanaşı, xüsusilə son dövrlərdə aktuallıq qazanan kiber dələduzluq halları ilə mübarizənin gücləndirilməsi baxımından da bu cür əməkdaşlıq əhəmiyyətlidir. Nəticə etibarilə, beynəlxalq əməkdaşlıq bank sektorunda innovativ məhsullardan səmərəli istifadənin təmin olunmasına və maliyyə sistemində təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə töhfə verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil