Vyetnam şirkəti gələn il beş milyon barel Azərbaycan nefti alacaq
06:30 30.11.2019
İqtisadiyyat
587
Vyetnamın dövlət şirkəti “Binh Son Refining and Petrochemical Co (BSR)” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə 2020-ci ildə beş milyon barel xam neftin alınması üçün saziş imzalayıb.
Report xəbər verir ki, bu barədə Vyetnam şirkətindən bildirilib.
Məlumata görə, “SOCAR Trading” 2020-ci ilin ilk yarısında BSR-in “Dung Quat” neft emalı zavoduna beş milyon barel həcmində “Azeri Light” neftini tədarük edəcək.
Şirkətdən bildirilib ki, Azərbaycan xam nefti 2020-ci ildən şirkətin strateji xam neft məhsullarından biri olacaq.
Vyetnam mövcud yataqlarda hasilatın azalması və Çinin dənizdə kəşfiyyat aparmasına mane olan mövqeyi səbəbindən neft idxalını artırıb.
Noyabr ayından xam neftin idxalının vergidən azad olunması qüvvəyə minib. Vyetnamın xam neft idxalı bu ilin 11 ayında ötən ilin müvafiq dövründən 66% artaraq 7,44 milyon tona çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya