
Zəfər Vəliyev: Ölkəmzin "Aİ-95" markalı benzini istehsal etməsi sevindirici haldır
14:17 01.07.2024
İqtisadiyyat
962
SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir. Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.
Proses ilə bağlı danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Sherg.az”a bildirib ki, artıq bir neçə ildir Heydər Əliyev adına neft emalı zavodunda iki mərhələli yenidənqurma və modernizasiya işləri aparılır:

''Zavodda birinci mərhələ başa çatıb. Kifayyət qədər yeni texnoloji qurğular quraşdırılaraq sənaye istehsalına verilib. Orada emal olunan neft məhsulları "Aİ92", "Aİ95" və dizel yanacağının keyfiyyət göstəriciləri Avro-5 standartlarına uyğunlaşdırılıb. 2014- cü il yəni, modernizasiya işləri başlana qədər "Aİ95" markalı benzin Heydər Əliyev adına zavodda hazırlanırdı. Modernizasiya və yenidənqurma işləri başlandıqdan sonra, neft məhsulları istehsalı dayandırıldı və ölkədaxili təlabat idxal həcmləri əsasında ödənirdi. "Aİ95"- ə olan təlabat təxminən 120-150 min tondan yuxarıdır. Bu isə olduqca yüksək məbləğ tələb edir. Heydər Əliyev adına neft emalı zavodunun "Aİ-95" markalı benzini istehsal etməsi sevindirici haldır. Topdan və pərakəndə satış seqmentinə iyul ayının 15-dən sonra buraxılacaq. Qiymətlər isə bazar şərtlərinə uyğun bir litri 1 manat 60 qəpiyə satılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya