20 ildə bir dəfə açan çiçək: "Səbir çiçəyi" ömrünü başa vurdu
Yusif Nəzərli
03:49 10.08.2025
Maraqlı
598
Balıkəsir Universitetinin şəhərciyindəki "Səbir çiçəyi" 20 ildən sonra ilk dəfə çiçək açıb və bununla da, ömrünü başa vurub.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Botanika bağındakı "Səbir çiçəyi" (elmi adı Aqave bitkisi) - 20 ildən sonra çiçək açıb. “Səbir bitkisi” kimi də tanınan Aqave bitkisi yalnız bircə dəfə çiçək açır. Ətrafda isə kiçik pöhrələr əmələ gəlir. “Səbir çiçəyi” Balıkəsir Universitetinin Elm və İncəsənət fakültəsinin bağçasında olub. Botanika üzrə mütəxəssis professor Fatih Satıl açıqlamasında aqava bitkisi haqqında məlumat verərək izah edib ki, Mərkəzi və Cənubi Amerikaya mənsub olan Aqave bitkisi haqqında yüz il yaşadığına və əsrdə bir dəfə çiçək açdığına dair ümumi bir yanlış fikir var: “Buna görə də bu bitki bəzən əsr çiçəyi olaraq da tanınır. Əslində, Aqave bitkisi orta hesabla 10-30 il yaşayır. Bitki ömründə yalnız bir dəfə çiçək açır. 7,5 metrə qədər böyüyən bu bitkinin yarpaqları ətli və sərtdir. Ölkəmizdə Aralıq dənizi iqlimi olan ərazilərdə park və bağlarda bəzək bitkisi kimi də istifadə olunur. Son vaxtlar havaların isti keçməsi bu bölgədə də bitkinin çiçəklənməsinə səbəb olub. Bitki təxminən 20 il əvvəl FEF bağında abadlıq işləri zamanı əkilmişdi. Bu il çiçək açdı və öldü. Maraqlıdır ki, bitki ətrafında xeyli sayda pöhrələr qoyur. Onların böyüyüb çiçəkləməsi üçünsə illər keçməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol