2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi

2026-cı ilin payızında dəb dünyasında həm rahat, həm də diqqətçəkən üslublar ön plana çıxacaq.

Sherg.az xəbər verir ki, markaların yeni kolleksiyalarında da əksini tapan əsas trendlər bunlardır:

1. Dökümlü bluzlar

Bədənə təbii hərəkətlilik verən dökümlü bluzlar həm gündəlik, həm də ofis üslubunda istifadə ediləcək. Panço və yarasaqollu modellər də trend parçalar sırasındadır.

2. Firuzəyi rəng

Yaz-yay mövsümünün rəngi kimi tanınan firuzəyi payızda da populyarlığını qoruyacaq. Geyimlərdən çanta və ayaqqabılara, hətta saç aksesuarlarına qədər bu rəngə tez-tez rast gəlmək mümkün olacaq.

3. Nostalji üslub

Zəngin teksturalar, diqqətçəkən naxışlar və gobelenlərdən ilhamlanan dizaynlar payız qarderobunun əsas elementlərindən olacaq.

4. Saçaqlar

Boho üslubunun yenidən populyarlaşması ilə saçaqlı detallara geniş yer veriləcək. Blazer pencəklərdən çantalara, ayaqqabı və çəkmələrə qədər saçaqlar bu mövsüm hər yerdə olacaq.

5. Formasız çantalar

Sərt və formalı çantaların yerini yumşaq, kisə formasında modellər alacaq. Zamşa, dəri və parlaq parçalardan hazırlanan bu çantalar həm gündəlik, həm də axşam kombinlərinə uyğunlaşacaq.

6. İdman üslubu

Rahatlığa üstünlük verənlər üçün yaxşı xəbər var: idman geyimləri yenidən dəbə qayıdır. Eşofmanlarla hazırlanan kombinlər gündəlik görüşlər üçün də aktual olacaq.

7. Canlı rənglər

2026-cı ilin payız-qış podiumlarında yüksək doymuş və parlaq rənglər üstünlük təşkil edir. Parlaq rəngli sviter, pencək, ayaqqabı və ya çantanı cins şalvarla kombin etməklə trend görünüş yaratmaq mümkündür.