Alimlər şokda: Aysberqin altında "həyat" tapıldı - FOTOLAR

Antarktida nəhəng aysberq və onun altından çıxanlar tədqiqatçıları heyrətə salıb.

Sherg.az "The Washington Post"-a istinadən xəbər verir ki, tədqiqatçılar Antarktika sahillərində işləyərkən buz təbəqəsindən təxminən 30 kilometr uzunluğunda nəhəng aysberq ayrılıb. Araşdırmaçılar yeni aysberq yaranan ərazidə dənizin dibini - daha əvvəl insanlar tərəfindən heç vaxt öyrənilməmiş dərin okeanın bir hissəsini araşdırmaq qərarına gəlib.

Aysberqin altından tapılanlar isə onları şoka salıb - nəhəng dəniz hörümçəkləri, səkkizayaqlılar, buz balıqları, mərcanlar və süngərlər, o cümlədən bir neçə yüz il yaşı ola biləcək vaza formalı süngərlər. 

Alimlər aşkar etdikləri bu canlı orqanizmlərlə əvvəllər elmə məlum olmayan onlarla yeni növü müəyyən edə biləcəklərinə inanırlar.