Türkiyənin Sivas bölgəsində havalar isindikcə qoyun qırxımı da vüsət alır. Bu işdən külli miqdarda gəlir əldə edənlər də var. Əhməd Alıcı 25 ildir bu işlə məşğuldur və qazandığı təcrübə 1,5 – 5 dəqiqə ərzində 200 qoyunu qırxmağa imkan verir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, Əhməd Alıcının hər dəqiqəsi puldur. Xırdabuynuzlu heyvandarlığın mühüm mərkəzlərindən biri olan Sivasda havaların istiləşməsi ilə qoyun qırxımına başlanılıb. Sürü sahibləri qoyunları təmiz saxlamaq və isti havalardan təsirlənməmək üçün hər il may ayının ortalarından qırxmağa başlayırlar. Elektrik kəsim maşınları sayəsində dəqiqələr içində tamamlanan proses təcrübəli qırxım ustaları tərəfindən həyata keçirilir. Qırxma müddəti qoyun yununun çirkliliyindən asılı olaraq 1,5 ilə 5 dəqiqə arasında dəyişir. Bir qoyun ustası gündə təxminən 200 qoyun qırxa bilər. 25 ildir qoyun qırxımı ilə məşğul olan Əhməd Alıcı deyib ki, keçmişdə qoyunları qayçı ilə qırxırdılar. Bu, çətin, vaxt aparan iş idi. İndi isə elektrik ülgüclər var, onunla iş çox qısa zamanda başa gəlir. Qoyun yunu təmiz olarsa 1,5 dəqiqədə qırxıb qurtarmaq mümkündür. Ə.Alıcı bunları söyləyib: "Qoyun qırxımı bizim mövsümi işimizdir. Əvvəllər qırxanlar var idi, onlara Kırklıq da deyirdilər, indi maşınlar çıxdı, bu maşınlar Türkiyədə istehsal oluna bilər. Bu maşınlar sayəsində işimiz də çox asanlaşdı, heyvanlarımıza da çox yaxşı şərait yarandı. Qoyunların qırxılması 1,5 dəqiqə ilə 5 dəqiqə arasında dəyişir, qoyunların yunu təmizdirsə, 1,5 dəqiqədə qırxılırsa, bu müddət uzanır. Təcrübəsi olanlar işi daha tez bitirir. Gün ərzində neçə qoyun qırxılırsa, o qədər də qazancımız olur”.