Kocaelidə bir antikvar mağazasında sərgilənən 5 min ədəd oyuncaq bəbək başından ibarət kolleksiya görənləri heyrətə salır. Uşaqların qorxmadığı bu qeyri-adi kolleksiya böyüklərdə isə narahatlıq yaradır.
İzmitin Cedit məhəlləsində antikvar dükanı işlədən Hamdi Dinibütünoğlu iki il əvvəl Kütahyada yaşayan 82 yaşlı bir şəxsin illərlə topladığı maraqlı bir kolleksiyası olduğunu öyrənib.
Təxminən 50 il ərzində bit bazarlarından, antikvar mağazalarından və hətta zibilliklərdən toplanmış bəbək başlarını görmək üçün Kütahyaya gedən Dinibütünoğlu kolleksiyanı almağa qərar verib.
Kolleksiyanı İzmitə gətirən Dinibütünoğlu bunun Türkiyədə tək nümunə olduğunu bildirib.
O deyib ki, kolleksiyanın ilk sahibi ötən il dünyasını dəyişib:
“Yaxlaş̧ıq 5 min bəbək başı var. Əmi bu kolleksiyadan ayrılmaq istəmirdi, lakin yaşı çoxaldığı üçün bizə etibar etdi. Bu kolleksiyanı iki il əvvəl satın aldıq.”
50 illik kolleksiya haqqında danışan Dinibütünoğlu bildirib ki, yaşlı kişi əvvəlcə bəbəkləri gövdələri ilə birgə saxlayıb, lakin çox yer tutduğu üçün sonradan yalnız başları biriktirməyə başlayıb:
“Ağlına bu şüşə qab fikri gəlib və başları bankalara düzərək belə sərgiləməyə başlayıb.”
Dinibütünoğlu əlavə edib:
“1940–1950-ci illərə aid bəbək başları da var. 1980–2000-ci illərə aid olanlar da mövcuddur. Gülən, əsəbi, kədərli, qəribə və çox şirin ifadələrə malik bəbək başları var. Kimisinə bu bankalar çox simpatiq gəlir, kimisinə isə olduqca qorxuducu.”
Onun sözlərinə görə, bəzi interyer dizaynerləri və qorxu evləri bu kolleksiyanı istifadə etmək istəyib.
Uşaqlarla böyüklərin reaksiyaları arasındakı fərqi isə belə izah edib:
“Uşaqlar heç qorxmur, böyüklər daha çox qorxur. Bəbək başları rəngarəngdir və əslində bebeklər həmişə gülər. Onlar uşaqlara sevinc qatmaq üçün hazırlanır. Bu formada sərgilənməsi böyüklərə qəribə gəlir. ‘Birdəncə ürkdüm’ deyən çox olur. Çünki böyüklərin beynində dolaşan düşüncələrlə uşaqların saf düşüncələri eyni deyil.”