Türkiyənin Kütahya bölgəsinin Hisarcık rayonunda bir ahırın damındakı buğa heykəlini real sanan 2 yaşlı Holstein cinsindən olan buğa qorxub qaçdı.
Sherg.az xəbər verir ki, bu anlar sosial mediada gündəm oldu.
Heyvanın sahibi Süleyman Yolcu bildirib ki, buğanı gəzintiyə çıxardığı zaman heykəli görüb diqqətlə baxıb, sonra qorxaraq geri qaçıb. O anları telefonla çəkib sosial mediada paylaşdığını və videonun bu qədər maraq görəcəyini gözləmədiyini əlavə edib.