Epşteyn haqda sənədli film çəkənləri qaçırıblar

Milyarder Ceffri Epşteynin ölümündən altı ildən çox vaxt keçdikdən sonra onun keçmiş əməkdaşı iki kişiyə hücum və onları qaçırmaqda ittiham olunur.

OLAY yazır ki, həmin şəxslər maliyyəçinin qalmaqallı adasına aid sənədli film çəkirmiş. Məlumata görə, uzun illər daşınmaz əmlak üzrə idarəçi olmuş Enn Rodriqes adaya yaxınlaşan iki qardaşı silahla hədələyib. O, həmçinin onları öldürməklə təhdid edib.

Zərərçəkənlərin sözlərinə görə, o, kişilərdən birini özünə tərəf gəlməyə, soyunmağa və diz çökməyə məcbur edib. Bundan sonra onu bağlayıb, digər kişiyə isə uzaqlaşmağı əmr edib. Çəkilmiş materiallar isə dənizə atılıb.

Xatırladaq ki, Rodriqesə may ayında ittihamlar irəli sürüləcək. Bunların arasında qanunsuz azadlıqdan məhrum etmə, adam oğurluğu və özgə əmlakının məhv edilməsi də var.