Pişiklərin dizdə oturmamasının səbəbi xarakter deyil

Mütəxəssislər bildirirlər ki, pişiklərin sahibinin dizində oturmaması çox vaxt xarakterlə bağlı deyil, bioloji və psixoloji səbəblərlə izah olunur. Erkən sosiallaşma dövründə insanla daha az təmasda olan pişiklər böyüdükdə fiziki yaxınlığa daha ehtiyatla yanaşırlar.

Bundan başqa, pişiklər nəzarəti itirdikləri və məcburi tutulduqları vəziyyətləri təhlükə kimi qəbul edir, bu isə onların stress keçirməsinə və yaxınlıqdan uzaqlaşmasına səbəb olur. Səs-küylü və gərgin mühit də bu davranışı gücləndirə bilər.

Sherg.az xəbər verir ki, mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, pişiyin qəfil davranış dəyişikliyi -məsələn, əvvəl dizdə oturub sonra imtina etməsi sağlamlıq problemlərinin, xüsusilə oynaq ağrıları və diş xəstəliklərinin göstəricisi ola bilər.

Baytarlar pişiklərin məcbur edilməməsini, yaxınlığın isə onların istəyi ilə qurulmasını tövsiyə edirlər.