Kanadalı aktrisa Kler Brosso fiziki cəhətdən sağlam olmasına baxmayaraq, uzun illərdir əziyyət çəkdiyi ağır psixi pozuntular səbəbindən həyatına son qoymaq üçün məhkəmədən hüquqi icazə tələb edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 49 yaşlı aktrisa ağır bipolar pozuntu və posttravmatik stress pozuntusu ilə mübarizə apardığını, hər səhər oyanmağın onun üçün dözülməz bir əzaba çevrildiyini bildirərək asissitləşdirilmiş intihar (yardımlı ölüm) arzusunu dilə gətirib.
Ceyms Franko kimi ulduzlarla eyni layihələrdə yer alan və maddi imkanları, sevən ailəsi, dostları kimi "seçim lüksünə" sahib olduğunu etiraf edən Brosso, bütün bunlara rəğmən daxili ağrılarının bitmədiyini və əvvəlki fərdi intihar cəhdlərinin uğursuzluqla nəticələndiyini vurğulayıb.
Ətraflı
Ad - 00:05
Aktrisanın ailəsi onun fiziki sağlamlığının yerində olmasına baxmayaraq bu qərarından dəhşətə gəlsə də, anası Meri Luiza Kinahan övladının çəkdiyi inanılmaz əzabları görməyin də eyni dərəcədə ağır olduğunu ifadə edib. Tibb dünyasında isə bu məsələ ilə bağlı fikir ayrılığı mövcuddur; həkimlərindən biri onun hələ də sağalma şansının olduğunu müdafiə etdiyi halda, digəri qərarını dəstəkləyəcəyini bildirib.
Brosso 8 yaşından bəri ölmək istəyi ilə yaşadığını, onlarla dərman və terapiya növü sınasa da heç birinin nəticə vermədiyini qeyd edərək 2021-ci ildən bəri Kanadanın "Ölüm zamanı tibbi yardım" (MAID) proqramına daxil olmaq üçün mübarizə aparır. O, hazırda psixi xəstəlikləri olan şəxslərin bu proqramdan kənarda qalmasının konstitusiyaya zidd olduğunu iddia edərək hökumətə qarşı hüquqi müstəvidə iddia qaldırıb.
Aktrisa son anlarında orqan donoru olmağa hazır olduğunu, lakin yaxınlarına travma yaşatmamış üçün bu dünyadan təkbaşına ayrılmaq istədiyini bəyan edib.