1973-cü il avqustun 11-də SSRİ Mərkəzi Televiziyasının Birinci proqramında “Baharın on yeddi anı” serialının premyerası olub.
Film artıq bir neçə nəsil tamaşaçının sevgisini qazandığından, bu gün Ştirlitsi Vyaçeslav Tixonovdan, Mülleri isə Leonid Bronevoydan başqası kimi təsəvvür etmək çətindir.
Sherg.az xəbər verir ki, lakin romanın 1968-ci ildə yazılması ilə serialın ekranlara çıxması arasında obrazların kitab qrafikası əsasında ilkin təsvirləri hazırlanıb. Görünür, bu illüstrasiyalar yazıçı Yulian Semyonovun romanının nəşr olunması planlaşdırılan, lakin sonradan baş tutmayan nəşrlərindən biri üçün çəkilib.
“Avtopilot” nəşrinin məlumatına görə, naməlum rəssam tərəfindən 1971-ci ildə hazırlanmış bu illüstrasiyalar Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivində aşkarlanıb. Rəsmlər bütün bu illər ərzində yazıçının şəxsi fondunda saxlanılıb və geniş ictimaiyyətə məlum olmayıb.