Səyavuş Aslanın oğlu acınacaqlı haldadır: "Gah ağlayır, gah gülür..."

Mərhum xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslan acınacaqlı haldadır. "Sherg.az" xəbər verir ki, bu haqda jurnalist Turan Etibaroğlu məlumat yayıb. Həmkarımız Feysbuk profilində bu sözləri yazıb:
"S.Aslanla Ofeliya Aslanın oğlu daha pis vəziyyətə düşüb. Artıq güclə danışır, küçənin ortasında gəzə-gəzə rəqs edir, ətrafdan pul istəyir, gah ağlayır, gah da gülür. Çox acınacaqlı mənzərədir. Allah özü kömək olsun... Görəsən  yeləşdirilməsi, müalicəsi üçün xüsusi yerlər var? Deyir, ən böyük arzum müalicə olunmaqdı".

Samirə Ərəblinski