NATO rəsmisi nəbz yoxlayır: Çinə ismarış!
16:42 17.06.2024
Dünya
360
NATO Baş katibi Yens Stoltenberq Britaniyanın “Teleqraf” qəzetinə deyib ki, NATO Rusiya və Çindən artan təhlükəyə qarşı nüvə silahlarını döyüşə hazır vəziyyətə gətirmək - daha çox nüvə silahı yerləşdirmək, onları anbardan çıxarmaq və gözləmə rejimində saxlamaq üçün danışıqlar aparır.
Xatırladaq ki, Y.Stoltenberq keçən həftə nüvə silahlarının NATO-nun son təhlükəsizlik zəmanəti və sülhü qorumaq vasitəsi olduğunu söyləmişdi.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, Y.Stoltenberqin açıqlaması Rusiyanın təhdidlərinə cavabdır:
"Rusiya-Ukranya müharibəsində Rusiyanın üstünlüyü Avropa ölkələrinin təhlükəsizliyini təhdid edir. Hesab edirəm ki, Stoltenberqin fikirləri Kremlin təhdid kimi açıqlamalarına cavabdır. Lakin taktiki nüvə başlıqlarının istifadəyə hazırlanması onun istifadə ediləcəyinin təminatını vermir. Nəzərə almalıyıq ki, soyuq müharibə dövründə bu silahlar daim istifadəyə hazır olub. Hətta SSRİ və ABŞ arasında Kuba raket böhranı yaşanıb. Bu səbəbdən Y.Stoltenberqin açıqlaması yeni bir şey deyil. Sadəcə olaraq həm NATO, həm də Şərq bloku belə açıqlamalarla bir-birinin nəbzini yoxlayır".
Ekspert əlavə edib ki, Stoltenberqin açıqlaması Çinə mesajdır. Yəni
Çini Rusiyanın yanında olmasına görə açıq hədəfə çevrilməsi ilə bağlı xəbərdar edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə