
Təhlükəli tendensiya: Trampın açıqlaması “Sizin gördüyünüz işlərdən xəbərim var" mesajıdır
10:33 03.09.2025
Siyasət
462
Beynəlxalq siyasətdə gərginliyi artıran açıqlamalardan biri də ABŞ prezidenti Donald Trampın səsləndirdiyi qalmaqallı bəyanat olub. O, sosial media üzərindən yayımladığı fikirlərdə Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putinin ABŞ-yə qarşı sui-qəsd planlaşdırdığına dair iddia irəli sürüb. Halbuki, Trampın həm Kim Çen In, həm də Vladimir Putinlə münasibətləri "normal", hətta müəyyən hallarda "dostyana" çərçivədə qiymətləndirilirdi. Məhz bu kontekstdə Trampın irəli sürdüyü bu iddialar siyasi dairələrdə bir sıra suallar və narahatlıqlar doğurub. Bu bəyanatın arxa planında hansı səbəblərin dayandığı və Trampın bu mesajla nə demək istədiyi müzakirə mövzusuna çevrilib.
Politoloq Samir Hümbətov Sherg.az-a Trampın sosial media hesabındakı yazdığı fikirləri şərh edib:

"Trampın bu açıqlaması müəyyən qədər suallar doğurur. Onun həm Şimali Koreya lideri Kim Çen In, həm də Rusiya prezidenti Vladimir Putinlə münasibətləri normal hesab olunurdu. ABŞ lideri birinci prezidentliyi dövründə Kim Çen In-lə, yaxın zamanlarda isə Putinlə də bir araya gəldi. Məhz belə bir fonda Trampın Kim Çen In və Putinin guya sui-qəsd hazırlaması ilə bağlı iddialar səsləndirməsi təsadüfi görünmür".
Politoloq Trampın bu fikirlərinin arxasında müəyyən səbəblərin dayandığını söyləyib:
"Tramp bu bəyanatı ilə sanki bir mesaj verir: "Sizin gördüyünüz işlərdən xəbərim var, bu cür davam etsəniz münasibətlər dəyişə bilər". Onun sosial media hesabında bu fikirləri paylaşmasının arxasında məhz bu amilin dayandığını düşünmək olar. Tramp bir növ xəbərdarlıq edir ki, əgər müəyyən hərəkətlər davam edərsə, bu, indiyədək qorunan simpatiya və münasibətləri poza bilər.
Əgər ABŞ-yə yönəlik sui-qəsd baş versə, bu, həmin dövlətlərə qarşı çox ciddiç hətta müharibə səviyyəsinə çata biləcək nəticələrə səbəb ola bilər. Bu isə olduqca təhlükəli və gərgin bir tendensiyadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat
"Cəddin Dədən": Bir marşdan daha artıq
11:22 10.07.2026
Maraqlı
Zeynəbin axtarışları hələ də davam edir - VİDEO
11:12 10.07.2026
Hadisə
Rusiya XİN-dən Ukrayna və NATO ilə bağlı sərt açıqlamalar
10:54 10.07.2026
Dünya
Türkiyənin F-35 proqramına qayıdışı Afinada narahatlıq yaradıb
10:25 10.07.2026
Dünya
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm