Elnur Məmmədov Peruya səfər edib
Yusif Nəzərli
06:18 05.09.2025
Siyasət
388
3-4 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru Respublikasında səfərdə olub.
XİN-dən Sherg az-a verilən xəbərə görə, səfər zamanı Lima şəhərində Azərbaycan Respublikası və Peru Respublikası Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Peru tərəfindən isə xarici işlər nazirinin müavini Feliks Deneqri Boza başçılıq edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, bəhs edilən sahələrdə müqavilə-hüquq bazasının yaradılmasının əhəmiyyəti vurğulanıb.
Müvafiq təqdimatlar vasitəsilə hər iki ölkədə mövcud iqtisadi-ticarət imkanları barədə məlumat verilərək, birgə təşəbbüslərin təşviqinə qarşılıqlı dəstək ifadə olunub.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Peru Respublikası Konqresinin sədri, Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Xose Enrike Xeri ilə görüşüb. Görüşdə parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, Perunun xarici işlər naziri Elmer Şialer Salsedo ilə keçirilmiş görüşdə qarşı tərəf Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına ölkəsinin marağını ifadə edərək, ilk siyasi məsləhətləşmələrin əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Perunun aparıcı “La Razon” qəzetinin müxbiri, Peru Jurnalistlər İttifaqının sədr müavini Rikardo Sançes Serraya, eləcə də bu ölkənin rəsmi media qurumları olan “El Peruano” qəzeti və “Andina” dövlət informasiya agentliyinə müsahibə verib.
Bununla yanaşı, E.Məmmədov Amerika qitəsinin qədim ali təhsil müəssisəsi olan Perunun “San Markos” milli dövlət universitetində mühazirə oxuyub. Mühazirə zamanı Azərbaycanın xarici siyasət prioritetləri haqqında ətraflı təqdimat edilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol