Bakıda klassik avtomobillərin sərgisi keçirilib
17:39 26.08.2023
Mədəniyyət
531
Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 26-da Bakıda klassik avtomobillərin sərgisi keçirilib.
"Report" xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə avqustun 27-də keçiriləcək yürüş üçün qeydiyyatdan keçmiş klassik avtomobillər, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən avtomobil sərgisinin eksponatları sırasında olan bəzi nəqliyyat vasitələri yer alıb. Ümumilikdə sərgidə 140-dan çox avtomobil nümayiş olunub.
Sərgidə unikallığı ilə seçilən avtomobil də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz Qaz-M21 Volqa avtomobili üzərində yaradılıb. Bu, avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.
Sərgidə 1983-cü ilədək istehsal olunmuş retro nəqliyyat vasitələri nümayiş etdirilib. Ən qədim avtomobil isə 1931-ci il istehsalı olan Ford Model A markalı maşın olub.
Qeyd edək ki, klassik avtomobillər avqustun 27-də Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” istirahət mərkəzi istiqamətinədək yürüş edəcəklər.
50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada da sərgisi təşkil olunacaq. Tamaşaçılara həmçinin tanınmış ifaçıların iştirakı ilə konsert təqdim ediləcək.
Əyləncə proqramına müsabiqələrin, müxtəlif nominasiyalarda hədiyyələrin təqdimatı da daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm