Dahi Qara Qarayevin tələbəsinin 80 yaşı tamam olur

Dahi Qara Qarayevin tələbəsi, görkəmli bəstəkar, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Aydın Əzim Kərimoğlunun (Aydin Azim) bu gün 80 yaşı tamam olur.

Həmişəyaşar Üzeyir Hacıbəylinin hər gün qürurla dinlədiyimiz Milli Marşını Dövlət Himnimiz kimi bərpa edib klavir və partiturasını hazırlayan məhz Aydın Əzim Kərimoğludur. Aydın hoca Mersin Universiteti Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının da yaradıcısıdır.

Klassik kübarlara məxsus bütün nəcib xüsusiyyətləri özündə yaşadan Aydın hocamızın şanlı yubileyi mübarək olsun!

Tanrı sizi qorusun, əziz Maestro! Sizin kimi bütöv şəxsiyyətlərə cəmiyyətin daim ehtiyacı var!

Etibar Cəbrayıloğlu