Diana ilə bağlı açıqlama...
Yusif Nəzərli
11:19 10.01.2023
Mədəniyyət
943
“Anamın ölümüylə bağlı açıqlanmayan çox şey var”
Kral ailəsi üzvlüyündən imtina edərək ABŞ-də müstəqil həyat yaşamağı seçən Şahzadə Harri və həyat yoldaşı şahzadə Megan Markl barələrində çəkilmiş sənədli filmdə şahzadə Diana ilə bağlı açıqlamalar da yer alıb. Şahzadə Harri sənədli filmdə müsahibəsi zamanı anası – şahzadə Diananın ölümüylə bağlı hələ də açıqlanmayan bir çox məsələlər olduğunu deyib. Şahzadənin bu açıqlaması ciddi mübahisələrə və müzakirələrə yol açıb. Şahzadə Diana 1997-ci il avqustun 31-də Parisin “pont d.Alma” tunelində avtomobilin qəzaya uğraması nəticəsində həyatını itirib. Şahzadə 36 yaşındaydı. “Xalqın şahzadəsi” adını qazanmış Diananın ölümü nəinki britaniyalıları, dünyanın əksər ölkələrində ən sadə insanları yasa boğdu. Şahzadənin ölümündən illər keçməsinə baxmayaraq bu müəmmalı ölüm zaman-zaman yenə gündəmə gəlir, məlum avtoqəzadakı müəmmaların üzərindən sirr pərdəsi isə heç cür ortadan qalxmır. Şahzadə Harri də verdiyi müsahibədə anasının ölümüylə bağlı hələ də beynində sual işarələrinin qaldığını etiraf edib. Şahzadə Diana vəfat edərkən Harri 12 yaşındaydı. “Spare” adlı kitabının işıq üzü görməsindən sonra şahzadə Harri televiziya kanallarından birinə verdiyi müsahibəsində diqqət çəkən açıqlamalarla çıxış edib. Şahzadə “anamın ölümüylə bağlı açıqlanmayan çox şey var. Lakin buna rəğmən yeni bir istintaq aparılmasna lüzum görmürəm”, - deyib. Şahzadə deyib ki, hadisənin baş verdiyini əks etdirən fotolara dəfələrlə baxıb. Diana can verərkən ona yardım etmək əvəzinə paparasitlərin avtomobilə yaxınlaşıb foto çəkməyə çalışdıqlarını da yaxşı xatırlayır. Onlar Diananın ölümündən təsirlənmirdilər, cəld işlərini başa vurmağa tələsirdilər: Hər kəs özünü Diananın ölümündən kədərlənirmiş kimi göstərirdi. Lakin onun ən çox sevdiyi 2 nəfər o anda heç bir insani duyğu sərgiləmədi”, - deyən şahzadə Harri anasının vəfatı ilə əlaqədar yalnız 1 dəfə - cənazə mərasimində ağladığını söyləyib. “Anamın öldüyü gecə harada olduğunu və nə etdiyin hər kəs bilir”, - deyən şahzadə Harri öz həyatı və həyat yoldaşı Megan Marklın həyatı üçün də qorxu hissi keçirdiyini bildirib: “Anamın ölümünü yadıma salanda öz həyatımız üçün dəhşətli qorxu hissi keçirirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm