Amerikalı aktyor Vin Dizel "Forsaj" filminin davamının çəkildiyini elan edib.
Kult.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat yayıb.
O bildirib ki, "Forsaj: Əbədi" 2028-ci il martın 17-də bütün dünyada nümayiş etdiriləcək. Film franşizanın onuncu hissəsinin davamı olacaq.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Vin Dizel "Forsaj" franşizasının yeni filmində Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo üçün rol hazırlandığını elan etmişdi.