Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib.
APA xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub.
Səbinə Bağırova faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.