Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir
19:27 22.06.2024
Mədəniyyət
987
Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfərə gedib.
Nümayəndə heyəti iyunun 21-də Drezden Dövlət və Universitet Kitabxanasını ziyarət edib. Kitabxananın tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verilib.
Sonra kitabxananın rəhbərliyi ilə görüş olub, sahə üzrə əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.
Nümayəndə heyəti kitabxanada qorunub saxlanılan Türk dünyasının ortaq ədəbiyyat və mədəniyyət abidəsi - "Kitabi-Dədə Qorqud" eposunun əlyazma nüsxəsi ilə tanış olub. Qeyd edək ki, dastanın öyrənilməsi alman şərqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Bu əlyazma müqəddimə və 12 boydan ibarətdir.
Dastanın ikinci nüsxəsi Vatikandadır. İtalyan alimi Ettore Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə dastanın 6 boyu verilib. Son illərdə bu eposun yeni nüsxələri aşkara çıxarılıb. 1999-cu ildə ölkəmizdə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi dövlət səviyyəsində qeyd olunub. Drezden və Vatikanda saxlanılan əlyazmaların faksimilesi ikicildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyası"nda oxuculara təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya