“Mən qaranlıq dünyaya könül gözüylə baxdım…”
Yusif Nəzərli
22:29 06.04.2023
Mədəniyyət
541
Aşıq Veysəlin ailə albomu nümayiş olunacaq
Türk dünyasının məşhur ozanı, sazı və sözüylə könül dünyasından insanlığa səslənən Aşıq Veysəlin vəfatının 50-ci ildönümü qeyd ediləcək. Bu münasibətlə İstanbulda sərginin açılması planlaşdırılır. “NTV,com.tr” xəbər verir ki, Atatürk Kültür Mərkəzində təşkil ediləcək sərgidə Aşıq Veysələ aid ailə albomundan fotolar, həmçinin xalq aşığının üz cizgilərini əks etdirən maska da nümayiş olunacaq. 2023-cü il UNESCO tərəfindən “Aşıq Veysəl ili” elan edilib. “Aşıq Veysəl İli” çərçivəsində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi bir sıra tədbirlər keçirməyi planlaşdırır. “Veysəl gedər, adı qalır” adlı sərgi də bunlardan biridir. Sərgilənəcək fotolarsa Aşıq Veysəlin ailə üzvlərindən Nazəndər Süzər Gökçə ilə Gürsəl Gökçənin ailə albomundandır. Sərgidə Aşıq Veysəlin həyatına işıq salan müsahibələr, haqqında yazılan məqalələr, hazırlanan reportajlar da təqdim ediləcək. Qeyd edilir ki, sərgidə görmə əngəllilər üçün Brail əlifbasıyla nəşr edilmiş 4 cildlik “Mətbuatda Aşıq Veysəl” adlı kitab da nümayiş olunacaq, teatr aktyorlarının ifasında kitabdan müəyyən hissələr səsləndiriləcək. Anadolunun həyat tərzi və Aşıq Veysəlin də yer aldığı “Qaranlıq dünya” filmi ilk dəfə sərgidə təqdim ediləcək. Film 1952-ci ildə Bədri Rəhmi Eyuboğlunun senarisi əsasında rejissor Mətin Erksan tərəfindən lentə alınıb. Sərgi İstanbuldan sonra Ankara və İzmirdə də nümayiş olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya