NAŞİR: “Biz işləyirik və onlayn kitab sifarişlərinin sayı çoxalıb”
Banuçiçək Kalbalıyeva
13:25 05.04.2020
Mədəniyyət
1114
Şahbaz Xuduoğlu: “Çoxları gileylənirdi ki, kitab oxumağa vaxt yoxdur. İndi istədikləri qədər oxuya bilərlər"
“Bütün dahi yazıçılar fantastik mövzulardan yazıb”
“Virusla bağlı diqqətli olmaq və ondan qorxmamaq lazımdır. Qorxu insanın düşmənidir”
Koronavirus pandemiyası ilə əlaqədar insanların evdən çölə çıxması məhdudlaşdırılıb. Hətta mağazaya getmək üçün də icazə almaq lazımdır. Odur ki, hər birimiz evdə qalıb asudə vaxtımızı səmərəli keçirməyə çalışırıq. Kimi filmlər izləyir, kimi musiqi dinləyir, kimi də kitablara sığınır... Həqiqətən, kitab olmasa, nə edərik?
Ədəbiyyatın necə böyük gücə sahib olduğunu indi bir daha anlayırıq. Ədəbiyyat dünyanın çərxini də dəyişə bilər. Biz də “Sherg.az” olaraq indiki halda kitaba olan marağın artdığını nəzərə alıb kitab adamı və ya “Kitab adam”, "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə əlaqə saxlayıb söhbətləşdik.
- Koronavirus pandemiyası haqqında nə düşünürsünüz?
- Hər əlli ildən, yüz ildən bir belə hadisələr olur. Təbii qəbul etməkdə fayda var. İnfeksiyanın harda, necə yarandığı haqda düşünməkdənsə mövcud vəziyyətə uyğunlaşmaq lazımdır. Bəlkə də, karantin bizə yeni imkanlar təqdim edər.
- Nə kimi imkanlar?
- Çoxları gileylənirdi ki, kitab oxumağa vaxt yoxdur. İndi istədikləri qədər kitab oxuya bilərlər.
- Axı çölə çıxıb kitab almağa imkan yoxdur...
- Nə olsun? Onlayn formada sifariş vermək olar. Biz belə də işləyirik. Üstəgəl çatdırılma pulsuzdur. Məhz karantin rejimi ilə əlaqədar onlayn kitab sifariş verənlərin sayı çoxalıb.
- Ola bilərmi ki, bundan sonra fantastik janrlara maraq artsın?
- Bəli. Ümumiyyətlə, hər janrın öz dövrü var. Son vaxtlar gənclər detektivə maraq göstərirdilər. Amma yaxın gələcəkdə bu janrın tamam unudulub, yerini başqasına verməsi mümkündür.
- Dünya ədəbiyyatında pandemiyaya bənzər mövzulara həsr edilmiş nümunələr varmı?
- Bütün dahi yazıçılar bu mövzulardan yazıb. Markesin "Vəba günlərində eşq", Joze Saramaqonun "Korluq" əsərlərinin ideyası indiki pandemiya ilə oxşardır. Əvvəlcə bir nəfər xəstələnir, ardınca infeksiya bütün şəhərə yayılır, sonra isə həyat dayanır...
- Sizcə, dəfələrlə eyni mövzuya müraciət olunması təsadüfdürmü?
- Xeyr, amma xüsusi bir məna axtarmağa ehtiyac yoxdur. Dediyim kimi, belə fövqəladə vəziyyətlər əvvəlki illərdə, əsrlərdə də olub. Həmin dahilər ya sözügedən hadisələrin birbaşa şahidinə çevrilib, ya da kimdənsə eşidib, oxuyublar.
- İnsanlara tövsiyələriniz...
- Diqqətli olmaq və qorxmamaq. Qorxu insanın düşmənidir. Bildiyiniz kimi, koronavirusun gənclərə yoluxma ehtimalı azdır. Ona görə də gənclər yaşlılara kömək etməli, könüllü kimi fəaliyyət göstərməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya