Türkiyənin Aydın bölgəsinin Efeler rayonunda yaşayan 65 yaşlı Mülayim Parlak, illərdir topladığı təxminən 5 min diskləri evində diqqətlə qoruyur.
Sherg.az xəbər verir ki, musiqiyə gənc yaşlarında maraq göstərən Parlak, qazandığı pulun bir qismini disklərə sərf edərək kolleksiyasını böyüdüb.
Elektronika təmiri ilə məşğul olan Parlak, Barış Manço, Orhan Gencebay, Bülent Ersoy, Erkin Koray kimi sənətçilərin albomlarını alıb. Diskləri evindəki xüsusi bir otaqda saxlayır.
Kolleksiyada arabesk, sənət musiqisi, xalq musiqisi, Anadolu rok, klassik, xarici və türk popu daxil olmaqla müxtəlif janrlardan disklər var. 
O, kolleksiyasının başqalarının da marağını çəkdiyini, bəzən sosial mediada paylaşdığını və izləyicilərin keçmiş günləri xatırladığını deyir. Hazırkı musiqilərin köhnə disklərdəki hiss və sözlərin verdiyi zövqü vermədiyini vurğulayır.
Diskləri heç vaxt satmayacağını bildirən Parlak, bunları oğlu və qızına miras qoymaq istədiyini əlavə edib.